..::Hekayə 12::..
TuralAraz
17 İyul 2012 / 04:50
Səbrli ol (ibrətamiz hekayə)
Bir gün okeanda yol alan bir gəmi
qəzaya düşərək batır. Gəmidən sağ
xilas olan adamı, dalğalar kiçik,
kimsəsiz bir adaya qədər suruyur.
Adam ilk günlər özünü
qurtarmasını üçün ALLAHa
yalvardı və kömək taparam
ümidiylə üfüqə baxdı. Amma nə
gələn oldu, nə gedən. Daha sonra
küləkdən, yağışdan və zərərli
heyvanlardan qorunmaq üçün
ağac budaqlarından və
yarpaqlardan bir daxma etdi.
Sahildə tapdığı, gəmidən arta
qalan konserv, kompas kimi
əşyaları bu daxmaya qoydu.
Günlər həmisə eyni şəkildə keçirdi.
Balıq ovlayir, bişirib yeyir və
üfüqü müşahidə edir, özünü
qurtarması üçün ALLAHa dua
edirdi. Bir gün şirin su gətirmək
üçün daxmadan çıxdı və geri
döndüyündə daxmasının alovlar
içində yandığını gördü. Tüstü, rəqs
edə-edə göyə yüksəlirdi. Başına
gələ biləcək ən pis şeydi bu. Kədər
və hirs içində dondu qaldı. İndi bu
kimsəsiz adada, basını sala biləcəyi
bir daxma belə qalmamışdı.
ALLAHım, bunu mənə necə edə
bildin? deyə fəryad etdi. O gecəni
kədər və üzüntü içində keçirdi. O
qədər dua etdiyi halda, başına bu
hadisə gəldiyi üçün ALLAHa sitəm
etdi. Ertəsi səhər erkən saatlarda,
adaya yaxınlaşmaqda olan bir
gəminin fit səsiylə oyandı! Əldən
düşmüş adam özünü
qurtaranlardan soruşdu Mənim
burada olduğumu necə anladınız?
Cavab onu həm çasdırdı, həm də
utandırdı: Tüstüylə verdiyiniz
işarəni gördük!
[cavab]
Lo[FR]vE
21 İyul 2012 / 08:18
mararli hekayedi.Yazan elin var olsun.
[cavab]
TuralAraz
21 İyul 2012 / 16:32
Lo[FR]vE,təşəkkür
[cavab]
Bölmeye qayıt
0.1532 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az