*Bağışla məni*

pol *_FoReVeR_* 21 Fev 2013 / 18:13
Bağışla məni, ürəyim...
Açdım qaqıların bir dəyərsizə, dərinlərdəki gözəllikləri görməyənə...
Sevgisizliklərinə həbs etdim səni...



Bağışla məni, gözlərim...
Səni sənə baxmayan gözlərin əsiri etdim. Gülərkən saçdığın o işığı məhv etdim...



Bağışla məni, dizlərim...
Gəlməz yarın yolunda gözlədim. Ayaqda durmağa dərmansız etdim...



Bağışla məni, qollarım...
Səni sarmayan qollara hər daim açıq saxladım.



Bağışla məni, gülüşlərim...
Yalancı gülmələrə aldanıb könüldən gülmələrimlə qarşılıq verdim....



Bağışla məni, əllərim...
Uzanmaz əlləri tutmanı, heç buraxmamanı səndən gözlədim.
Bomboş qalınca üşüdün soyuqluğun ürəyimə işlədi...



Bağışla məni, Rəbbim...
Verdiyin bu canın haqqını verə bilmədim...
Ürəyimə “heç kəsin” yara vurmasına, gözlərimi ağlatmasına izn verdim......



Doğru zamanlarda yanlış insanlara, yanlış zamanlarda doğru insanlara məhkum oldu bu ürək...
Bəlkə doğrunu görməyə yetmədi gözlərim. Bəlkə də yanlışı silməyə ürəyim...

[cavab]

pol hum@y 21 Fev 2013 / 19:28
juliet
cox gozel yazmisiz(juliet movzulara yazmiyacaq deye onun adindan yazmaqimi istedi)
red. hum@y (21.02 /19:33)

[cavab]

pol ejla 21 Fev 2013 / 19:32
Super sozlerdi

[cavab]

pol *_FoReVeR_* 21 Fev 2013 / 19:42
twkler

[cavab]

pol DARKNESS_angel 21 Fev 2013 / 19:47
COX GOZELDIR

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1302 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az