Bir Əsgər Anası Ağlayır Bu Gün... Sago

pol Sago 21 Fev 2013 / 05:28
Bu gecə yuxu yox mənə dostlarım,
Bir əsgər anası ağlayır bu gün.
Yolub ağ saçların-can balam deyib,
Üzünə qaranı bağlayır bu gün.

İçindən ah deyə bir nəfəs dərib,
Həyatdan ümidi qırılan ana.
Vətənə xidmətə oğul göndərib,
Bəmbəyaz kəfənə sarılan ana.

Bu gecə görən mən necə yatacam,
Bir əsgər anası qan ağlayırsa?
Görən Qarabağ heç geri dönərmi,
Millət bu orduya bel bağlayırsa?

Bir insan, insanın qanını içməz,
Sənə bir böyüyün heç bildiribmi?
Görəsən o qansız anan səninçün,
Ağ südün yerinə qan əmdiribmi?

Öldürmək, alçaltmaq lazım gələrsə,
Yetım bir əsgərə salınır meyil.
Nazirin balası nöş evdə yatır?
Bu vətən, bu torpaq onunki deyil?

Bu böyük itkiylə, acı xəbərlə,
Göz yumub nə rahat barışırıq biz?
Özümüz özmüzü didəcəyiksə,
Hansı düşmənlərdən danışırıq biz?

Sadəcə kənardan izlədik bunu,
Donmuş baxışlarla buz olduq bəlkə.
Göz yumsaq Ceyhunun bu itkisinə,
Haçansa yerində biz olduq bəlkə.


Qeyd: Bəzi səbəblərə görə şeirdən 2 bənd çıxarmalı oldum

[cavab]

pol Fermer187 21 Fev 2013 / 10:56
Tuklerim biz biz oldu

[cavab]

pol odinocka 21 Fev 2013 / 11:17
Sag ol Allah bütün əsgərlərımizi qorusun.Sag salamat evlərinə qayıtsınlar.

[cavab]

pol Emo 21 Fev 2013 / 11:50
odinocka, amin

[cavab]

pol Shokochka 21 Fev 2013 / 14:32
menimde bir dostum.esgerdi.ona gore bele movzular mene coz toxunur.insalah sag aalamat geri qayidar.

[cavab]

pol Magner 21 Fev 2013 / 15:04
Ne qeder Azerbaycani diktator eliyevler sulalesi idare edir esger olumleri yenede olacaq.

[cavab]

pol Shokochka 21 Fev 2013 / 15:12
mene cox maraqlidi aranizda kimse esger olumune son aksiyasinda istirak etmisdi.o yuruyuse kimse qatilmisdi burdakilarsan?

[cavab]

pol Sago 21 Fev 2013 / 15:18
Shokochka, men orda idim. Bele de men kecirilen butun aksiyalarda varam. 26si yada 27si telebelerin boykot aksiyasi olacaq, telebe olmasamda qatilmagi duwunurem

[cavab]

pol Shokochka 21 Fev 2013 / 15:22
Sago, ne aksiyasidi.xocali ucun? ya basqa bir aksiya hec esitmemisem.bilirsen knu niye sorusdum.komp arxasinda oturub boyuk boyuk serh yazmagi cox adam ozune huner bilir amma sorusanda ki bes bu mesele ucun nese etmisen .onda sesleri cixmir....eaas danismaq yox ish gormek lazimdi

[cavab]

pol Sago 21 Fev 2013 / 15:27
Shokochka, xanim hem ona görə həm də bilmirəm nesə imtahana görədir deyəsən. Deqiq bilmirem. Amma 4000e yaxin adamin qatilacagi planlasdirilir.
He onu duz dediz, amma xeyir men aksiyalari demek olar ki hamisinda olmuşam ve oluram, kecen defe de tarqovuda Qarabag munaqiwesinin amerikada daniwilmasi ucun imza toplayirdilar ora imza atdim. :D

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1479 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az