Hekaye... !
Isok
21 Fev 2013 / 04:47
Hər şey ad günümdə
etdiyim hadisəyə başıma
gəldi. 04.06.2010
təxminən 2 il oldu... O gün
2 dostlarım Miray və Gül
bizdə idi, internetdə
fırlanırdıq. Yoldaşım bizə
astral səyahətdən (yuxuda
olarkən özünü görmək)
bəhs edirdi, dostu etmiş bir
şey olmamış necə edilməsi
gərək izah edirdi,
marağımı çəkmişdi amma
ona söyləmədim. Gecə
yatmadan əvvəl etməyi
planladım və sınadım.
Yarım saat sonra özümü
yatarkən seyr edirdim
otaqlardan keçirdim ana
və atamı izləyirdim və
dönməyə qərar verdim. O
səhər bir şey yox idi gecə
olanlar xaricində o gecə
duşdan sonra anamla
atama -gecəniz xeyre-
deyib yatmaq üçün
hazırlandım. Gecə yarısı
yatağımın yanında birinin
nəfəs alışını hiss edirdim.
Gözlərimi açdığımda
qarşımda üzü
görsənmiyən qara paltarlı
biri dayanırdı. Qırmızı
gözləri ilə mənə baxır
amma bir şey etmir mənə
zərər vermirdi, qorxudan
dilim tutuldu qışqıra da
bilmirdim, sanki məni ələ
alırdı, yuxuda idim sanki,
amma əslində elə deyildi
düz qarşımda dayanmışdı...
Bir həftə bu belə getdi
qorxurdum ailəmə bir şey
izah edə bilmirdim. Bir gün
o şeyin məni
incidəcəyindən
qorxurdum. Ən yaxşısı
susmaq dedim və 1 ay
belə getdi ən maraqlı
gələn ona alışırdım bəzi
gecələr yanımda yazılar
tapırdım." Səni əsla tək
buraxmayacağam" deyə.
Onun 3 hərfli (cin)
olduğunu bilirdim zərər
verməsin deyə sevdiyim
hər şeydən ayrılmışdım.
İctimai həyatım,
yoldaşlarım hər şey
uzaqda qalmışdı. özümə
qapılmışdım. Artıq dözə
bilmirdim, hər gecə onu
görməkdən çox
qorxurdum artıq. Nəhayət
olanları evdəkilərə
danışmağa qərara aldım.
Təbii ki, inanmadılar -yuxu
görmüsən sən- dedilər. Elə
o gündən sonra qara
gecələrim baladı. Artıq o
mənə əziyyət verməyə
başladı. -Niyə elədin
bunu?- deyə üzərimə
gəlməyə başladı. Gecələri
öz-özümə boğulurdum,
sanki içimdə məndən də
başqa birinin olduğunu
hiss edirdim. Yuxuya
gedən kimi onun gəlişi ilə
oyanırdım, gecələri məni
izləyirdi sanki. Bir gecə
yatmamağa çalışsam da
alınmadı, yuxum gəlirdi.
Bilirdim yatsam gələcəkdi,
yenidən boğulmalar,
qışqırığım mənə əziyyət
verəcəkdi. Dözə bilmədim,
yatdım. O gecə
valideynlərim qışqırıq
səsimə oyandı, məni
oyatdılar qızdırmam çox
yüksək idi, boğazımda isə
əl izləri açıq aydın
görsənirdi. Xəstəxanaya
apardılar, amma gecələr
orda da məni rahat
buraxmırdı. Sonunda bir
molla yanına apardılar,
molla isə onu cin tutduğu
söylədi. Dua oxuyaraq
sancağı üfürüb mənə
batırdı, yaxamdan asdı. O
gündən sonra
yüngülləşdim. Artıq
gecələri rahat yatırdım.
Amma öz içimdə dostuma
qulaq asdığım üçün çox
peşman oldum.
[cavab]
Magner
21 Fev 2013 / 04:58
hm bele weylere inanmiram
[cavab]
Bölmeye qayıt
0.1897 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az