+Çörək içi Kabab +
Nurlanichka
21 Fev 2013 / 04:24
Ərzaqlar:
150 qr xırda doğranmış ət
1 ədəd bulka çörək(şirin yox)
6-7 ədəd kiçik soğan
2 diş sarımsaq
1 ədəd qırmızı bibər
1 ədəd acı bibər
3-4 ədəd kiçik pomidor
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı duru yağ
Soya sousu(olmasa da olar)
Zeytun yağı
Sirkə
Duz, kəklikotu, sumaq, qara toz bibər, qırmızı toz bibər
Üzəri üçün:
holland pendiri
Hazırlanması:
Xırda doğranmış ətləri yaxşıca yuyub, geniş bir qaba qoyun. Üzərinə incə incə doğradığınız sarımsaqları, soya sousu, duz, qara bibər, kəklikotu, qırmızı toz bibər, sumaq, sirkə və zeytun yağı əlavə edib, 30 dəqiqə dinlənməyə qoyun
Daha sonra kərə yağı və duru yağ qoyulmuş bir tavaya arpacıq soğanları əlavə edib, bir az qovurun.
Ardından dinlənən ətləri əlavə edib, yüksək odda bir qədər bişirin. Bişənə yaxın ətlərin üzərinə xırda doğranmış bibər və pomidorları əlavə edib, duzunu və qara biberini də səpib, 3-4 dəqiqəyə qədər qovurun(ölüşküsün). Digər tərəfdən çörəyin üst tərəfindəki qabığı bir az kəsib, içini oyun və rəndələnilmiş pendirin bir hissəsini çörəyin içinə qoyun. Sonra hazırladığınız kababı isti-isti çörəyin içinə doldurun. Təkrar üzərinə holland pendiri rəndələyib xidmət edə bilərsiniz.
Nuş olsun =)
[cavab]
Nurlanichka
21 Fev 2013 / 04:25
bu movzuda bildiyiniz yemeklerin ve şirniyatlarin reseptini yaza bilersiz.
[cavab]
Nurlanichka
21 Fev 2013 / 04:28
+Tava pizzasi+
Xəmir
2,5 stəkan un
1 yumurta
1 paket qabartma tozu
1 stəkan süd
125 qram əridilmiş marqarin
Duz
Üstü üçün
15-20 sosika dilimi
15-20 kolbasa dilimi
1-2 incə doğranmış yaşıl bibər
1-2 incə doğranmış pomidor
6-7 incə doğranmış göbələk
Bir qədər cincilim
200 qram doğranmış holland pendiri
Sous üçün
1 stəkan tomat
1 stəkan ilıq su
Əvvəlcə sousu hazırlayın. Bunun üçün tomat pastasına ilıq suyu əlavə edərək sus formasına düşənə qədər qarışdırın.
Xəmir üçün inqradientləri yaxşıca qarışdırın, yoğurun, qabın ağzını bağlayaraq 1 saat "dinc"ə qoyun. Sonra xəmiri yağlanmış teflo tavaya incə və nazik şəkildə yayın, sousu və pissa üçün inqradientləri əlavə edin. Tavanın qapağını örtərək vam odun üzərində 1 saat bişirin.
Nuş olsun!
[cavab]
ozdunyamiz
21 Fev 2013 / 04:28
hm) tşk edirem. prob elemeye deyer
[cavab]
Nurlanichka
21 Fev 2013 / 04:34
+Surpriz keksi+
Vəsaitlər:
Keks üçün
3 yumurta
1 su stəkanı toz şəkər
6 ədəd quru əncir
1 su stəkanı qoz ici
1 su stəkanı un
1 paket qabartma tozu
Şərbəti üçün
1,5 su stəkanı süd
Yarım su stəkanı toz şəkər
(Arzuya göre gül suyu əlavə edə bilərsiniz)
Üzəri üçün
1 paket krem şanti
1stəkan soyuq süd
Hazırlanması;
Yumurta və şəkəri dərin bir qaba qoyun ,mikserlə əvvəl yavaş ,sonra sürətlə çalın.
Incə doğranmış qoz ləpəsi, un və qabartma tozunu əlavə edib qarışdırın.Dördbucaq şəkilli siniyə töküb əvvəldən isidilmiş 180C ° sobada təxminən 25-30 dəqiqə bişirin.
Keks bişdikdən sonra, şərbət vəsaitlərini qarışdırıb keksin üzərinə gəzdirərək tokün.
Krem şantini keksin üzərine düzgün bir səkildə çəkərək tam örtülməsinə çalışın.İstəyə gorə üzərini şokoladlı sousla bəzəyə bilərsiniz.
[cavab]
K_R_A_L
21 Fev 2013 / 04:50
Nurlanichka, cox gozel movzudu ama ehtiyatli olun caamati zeherliyersuz
[cavab]
odinocka
21 Fev 2013 / 11:07
Səhər səher iştaha celdim cox sag ol bacı.
[cavab]
Bölmeye qayıt
0.2119 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az