+Odunçu və şeytanın hekayəsi+

pol Nurlanichka 21 Fev 2013 / 04:15
Odunçu və şeytanın hekayəsi

Odunçuluqla dolanan, çalışqan, dürüst, dindar bir adam vardı. Ətrafında olan qonşuları yaxınlıqda olan və nadir yetişən bir ağac vasitəsi ilə əhdlərini, diləklərini edirdilər. Bu odunçu həmin ağacı Allaha şərik çıxma səbəbi olaraq görürdü və bunun üçün kəsməyə qərar verdi. O zamana qədər kimsə buna cəsarət edə bilməmişdi. Odunçu bir gün baltasını götürdü və verdiyi qərarı tətbiq etmək üçün yola düşdü. Yolda qarşısına əcaib görünüşlü, insana güvən verməyən biri çıxdı, Odunçu:"sən kimsən?" deyə soruşdu, o da "Mən şeytanam" deyə cavab verdi. Odunçu "Vay alçaq, demək insanları yoldan çıxaran sənsən, indi səni öldürəcəm” deyib üstünə tullandı.
Şeytan:"Boşuna özünü yorma, məni öldürə bilməzsən, çünki Allah tərəfindən qiyamətə qədər insanları yolundan çıxarmaq üçün mənə möhlət verilib. Sən o ağacı kəsməkdən imtina et, sənə bir təklif edəcəyəm" deyə cavab verdi. Odunçu "Qəbula layiq nə təklifin ola bilərki sənin?" deyə soruşdu.
Şeytan təklifini etdi: - "Sən o ağacı kəsməkdən imtina etsən sənə hər səhər bir qızıl gətirər, yastığının altına qoyaram. Beləcə odunçuluqdan xilas olmuş olarsan."

Odunçu bir az yumşalar kimi oldu və soruşdu: - Yaxşı vəd etdiyin bir qızılı gətirməzsənsə nə olacaq?- "O zaman mənə dilədiyini et” dedi şeytan.

Odunçu təklifi qəbul etdi, ağacı kəsmədən geri qayıtdı, o gecə yatdı. Səhər açılanda yastığının altına baxdı və həqiqətən bir qızıl qoyulmuşdu. Buna çox sevindi. Maraqla sabahısı günü gözlədi. Sabahısı gün oldu amma yastığının altında heç nə yox idi. Bəlkə başqa bir yerə qoymuşdur deyə hər yanı alt-üst etdi, yenə qızıl çıxmadı. Buna çox inciyən odunçu dərhal baltasını götürüb şeytanı öldürmək üçün yola düşdü, Eyni yerdə şeytanla yenə qarşılaşdılar. Odunçu şeytanı görər görməz dərhal üzərinə atıldı amma heç nə edə bilmədi...
Təşəbbüs artıq şeytanın əlinə keçmiş idi və şeytan dedi: -Boşuna özünü yorma. Keçən səfər məni az qala tutmuşdun çünki o zaman Allah rizası üçün yola çıxmışdın. İndi isə mənə olan hirsin öz nəfsin üçündür. Bunun üçün artıq mənə gücünü keçirə bilməzsən, əksinə sən məğlub olarsan.

[cavab]

pol ozdunyamiz 21 Fev 2013 / 04:18
çox sağol. Allah Rızası üçün yola çıxdınmı, qarşında dünya dayansa gücsüz qalar, şexsi hirsin ve kinin üçün yola çıxdıqda, en balaca qarışqaya bele meglub olarsan. İbretamiz hekayedir, teşekkür edirem

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2328 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az