Cuce_Nagili

pol Magner 21 Fev 2013 / 03:22
Cucenin nagili_
Biri var idi, biri yox idi. Balaca yumurtanın
icində balaca bir cucə yaşayırdı. Yumurtanın
icində cucənin hər şeyi var idi. Yeməyi, onu
qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cucə
yumurtanın icində xoşbəxt idi. O bu dunyanı
sevirdi. Sevinirdi ki, qaranlıq bir dunyadan
belə gozəl ağ divarlı bir dunyaya gəlib.
Cucənin oz evindən, oz aləmindən çox xoşu
gəlirdi. Amma gunlər kecdikcə cucə
boyuyurdu, evi isə darısqallaşırdı. Bir gun cucə
o qədər boyuyur ki, artıq yumurtanın icində
yaşaya bilmir. Cucə qəribə bir tərəddud kecirir.
İcindən bir səs deyir ki, qır bu divarları! Cucə
fikirləşir ki, axı bu divarlar mənim dunyamdır,
mənim evimdir, mən onu necə qırım? İcindəki
səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə
cucə qorxur, axı bu divarları qırsa ona soyuq
olar, həmişə onu qoruyan əzizləyən, rahat
evini necə qırsın ?
İcindəki səs yenə deyir: “HEÇ NƏYİ DUŞUNMƏ,
QIR DİVARLARI”.
Cucə oyrəşdiyi qaydalarla yenilik arasında
qalır. Sonda gucunu toplayıb ozu oz evini
qırmağa başlayır, ozu oz dunyasını dimdiyilə
parcalayır. Onu qoruyan, əzizləyən, doğma
divarları sındırır. Yumurtadan cıxmış cucə elə
bilir ki, artıq olub. İndi onun əzabları gələcək.
Amma cucə oz anasını gorur, sonra ozu kimi
yumşaq, təmiz cucələri, sonra yamyaşıl
cəmənliyi, sonra parlaq gunəşi. Butun bu
cənnəti gorəndən sonra sevinir. Sevinir ki,
cəsarət toplayıb oz evini sındıra bildi. Yoxsa
omru boyu darısqal qaranlıq divarların
arasında boğulacaqdı...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2197 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az