+Gozel saclarin sirri+
Nurlanichka
20 Fev 2013 / 23:23
Saç kremi
Xüsusən qış aylarında saçlarda elektriklənmə problemi olur. Bu isə havanın quru olması və geyindiyimiz yun geyimlərdən qaynaqlanır. Saçları yuduqdan sonra nəmli halda bir az saç kremi çəkin.
Saçları nəmləndirin
Saçın tipindən asılı olmayaraq, saçlara qulluq edilməli və maskalar tətbiq edilməlidir. Düz və ya dalğalı saçlarınız varsa, ayda bir ya iki dəfə nəmləndirici maska istifadə etməlisiniz. Buruq saçlara isə həftədə bir dəfə maska etmək lazımdır.
Düzgün daraq seçin
Saçların sağlamlığı daraqdan da asılıdır. Səhv daraqdan istifadə edilən saçlar daha tez korlanır və qırılır. Uzun və qalın saçları olan insanlar geniş dişli və fırça daraqlarla daramalıdır. Beləcə saçlar daha tez açılır, daranır və quruyur. Bu həm də saçları fenin zərərindən qorumuş olur. Saçlarının uzunluğu otra səviyyədə olanlar isə sıx dişli daraqlardan istifadə etməlidir. Səhər yuxudan duran zaman saçlar çox dağınıq olur və onları daramaq bir az problemli olur. Darağa saç kremi çəkib darasanız, saçlarınız daha rahat daranacaq.
Saç uclarını kəsin
Saç uclarına hansı maska etməyinizdən asılı olmayaraq, onları xilas etmək və geri qaytarmaq mümkün deyil. Çünki saçlardakı haçalanmanı düzəltmək mümkün deyil. Ən yaxşı üsul onları kəsməkdir. Əks halda saçdakı haçalanmalar yuxarıya qədər qalxır.
Saç qurudan fenlərə ara verin
Saçlarınız qurudarkən yüksək dərəcə ilə qurulamayın. Qurutmazdan və fenləməzdən əvvəl saçların zərər görməməsi üçün müxtəlif kremlər çəkin.
Saç dərisi
Saçınıza göstərdiyiniz qayğını baş dərisinə də göstərin. Üzünüzün nəmini təmin etmək üçün istifadə etdiyiniz məhsullardan baş dərisində də istifadə edə bilərsiniz.
Diqqətli yatın
Yerinizdə tez-tez çevrilmək saçlara zərər verir. İstəmədən də olsa, saçlar zərər görür və qırılır. Yuxu probleminiz varsa və yataqda narahat yatırsınızsa, saçınızı yumşaq saç rezini ilə toplayın. Yaxud da hər iki tərəfi hörə bilərsiniz.
Şampunu tez-tez dəyişməyin
Saç hər məhsula tez alışmır. Qızların çoxu elə düşünür ki, bahalı və markaya aid olan şampun daha yaxşı nəticə verir. Lakin bu düzgün deyil. Saç şampuna alışır və saçın tipinə uyğun nəticə verir. Şampununuza sadiq qalsanız, daha məqsədə uyğun olar. Hər ay yeni şampun istifadə etmək əvəzinə, iki şampunu birlikdə istifadə etmək olar.
Yediklərinzə diqqət edin
Sağlam, yumşaq və parlaq saçlar üçün yetərli qədər protein qəbul etmək lazımdır. Ət, yumurta, süd və balığın tərkibində bol miqdarda protein var. Saçınız üçün ən vacib və əhəmiyyətli yemək saatı səhər və şam yeməkləridir. Meyvə və tərəvəzlər, taxıl bitkiləri də saçlar üçün olduqca yaxşı təsirə malikdir. Mineral, vitamin və protein qəbul etmiş saçlar daha canlı və sağlam olacaq.
[cavab]
odinocka
20 Fev 2013 / 23:30
mənim saclarım uzundur amma sacqıran düşüb.
[cavab]
Excellent
20 Fev 2013 / 23:40
Axira kimi oxumadim amma en boyuk problemim sacimin tez yaglanmagidir artiq bezmiwem bu problemle bacara bilmirem:(((
[cavab]
Golf
21 Fev 2013 / 00:06
menim sacim duz uzundu.parlaqdi.evvel fenniyende canli olardi.indi sanki fenniyen kimi sacim zeifleyir.men reng qoymuram sacima ama rengi tez tez deyisir.2hefteden bir ucundan kesirem.maskalarda istifade edirem ama istediyim neticeni almram.evvelki kimi canli olmur..
[cavab]
Nurlanichka
21 Fev 2013 / 03:19
burda yazilanlara emel edin duzeler)
[cavab]
Bölmeye qayıt
0.2203 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az