Esger_Balan Nişan Uzuyu
Esger_Balan
20 Fev 2013 / 01:31
Kaş elə yanaydım, sönməz
olaydım,
Ayrılıb getmişdim, dönməz
olaydım,
Xınalı əlini görməz olaydım,
Gözümü kor etdi nişan üzüyün.
O isti nəfəsin bir bahar idi,
Qəlbimi dağladan intizar idi.
Bəlkə barışmağa ümid var idi,
Səni məndən etdi nişan üzüyün.
Niyə fələk bizə vermədi aman?
Ayrılıgmı oldu arada duman?
Səninlə əl-ələ görüşən zaman,
Əlimi kül etdi nişan üzüyün.
Bəlkə də üz-üzə çıxmarıq yenə,
Bu nişan üzüyün qəsd etdi mənə.
Nə deyim sevgilim, nə deyim
sənə?
Dünyamı dağıtdı nişan üzüyün.
Sənə son sözümü deyib gedirəm,
Əlinə son dəfə deyib gedirəm.
Mən səndən ömürlük küsüb
gedirəm,
Səni məndən aldı nişan üzüyün
[cavab]
Qizil_Eli
20 Fev 2013 / 01:32
Esger_Balan, super
[cavab]
Juliet
20 Fev 2013 / 01:33
Nusret Kesemenli.
cox twk gozel weirdi
[cavab]
Boncuq
20 Fev 2013 / 01:35
Esger_Balan,
[cavab]
Ayan01
20 Fev 2013 / 01:41
[cavab]
Sevka
20 Fev 2013 / 01:42
Kovreltdin menii((
[cavab]
Kamran7
20 Fev 2013 / 01:56
Esger_Balan, duwundurucudur,sagol
[cavab]
huseyn25
20 Fev 2013 / 02:01
Esger_Balan, ellerine sagliq brat gozel sozleri var
[cavab]
Bölmeye qayıt
0.1433 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az