hekaye 23 ( Geniuss )

pol Geniuss 19 Fev 2013 / 18:33
Bir uşaq Allahı axtarırdı. Eşitmişdi
ki, Allah göydədir. Hamı göyə üz
tutub Allahı çağırırdı. Allahı tapmaq üçün ayağa qalxdı.
Hər gecə səmanın pilləri ilə yuxarı
qalxdı. Buludları sağa-sola verib
arxasını gəzirdi. Ərş adlı taxtı
axtarmağa başladı. Nə qədər
gəzdisə, Allahın taxtını tapa bilmədi. Ayda, ulduzlarda heç bir
ayaq izi görünmürdü...
Səmada axtarışlardan yorulduğu
vaxt Yer kürəsi diqqətini cəlb etdi.
Yer çox geniş idi. Qərara gəldi ki,
Allahı yerdə axtarsın. Yer üzünü gəzdikdən sonra onu qazmağa
başladı. Nə qədər qazdısa, qarşısına
bir şey çıxmadı. Dağları yardı,
dənizlərin dərinliyinə endi. Yenə
axtardığını tapa bilmədi.
Ümidsizləşdi. Elə həmin vaxt xəfif bir meh əsdi. Meh dedi:
Bir yer yadından çıxıb. O sən
özünsən!
Beləcə öz vücudunu axtarmağa
başladı. Və birdən... Onu, uzun
müddət sorağınca gəzdiyi Allahı öz qəlbində tapdı. Ayağını qəlbinə
qoyub gözlərindən bayıra boylandı.
Allahı ərşdə öz taxtında gördü.
Allahı dağlarda, dənizlərdə gördü.
Haraya baxırdısa, Allah orada idi!

hekaye 22 ( Geniuss ) daxil ol.
red. Geniuss (20.02 /02:43)

[cavab]

pol Naza 19 Fev 2013 / 18:41
cox gozeldi...twkr..

[cavab]

pol Juliet 19 Fev 2013 / 18:59
super

[cavab]

pol telimat 19 Fev 2013 / 19:11

[cavab]

pol ejla 19 Fev 2013 / 19:22
superdi.. ellerinize saqliq

[cavab]

pol Shokochka 19 Fev 2013 / 19:23
her zaman ki kimi yenede cox ibretamiz bir movzudu

[cavab]

pol Shuvelanli 19 Fev 2013 / 20:26
di

[cavab]

pol Geniuss 20 Fev 2013 / 02:39
twk..

[cavab]

pol Golf 24 İyun 2013 / 23:22
Elbette eledi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1565 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az