+Yalanci adami necə tanimaq olar ?+

pol Nurlanichka 17 Fev 2013 / 22:24
Yalançı adamı necə tanımaq olar?
Əgər bilmirsinizsə, sizə bu keyfiyyətləri yazim, siz də bilin .


1.Yalan danışan adam göz-gözə gəlməkdən qaçır və ya göz-gözə gəlməmək üçün əlindən gələni edir.

2.Əl-qol hərəkətlərindən az istifadə edir.

3.Hərəkətləri ilə sözləri uyğun gəlmir.

4.Baş hərəkətləri mexanikidir.

5.Əlləri çox vaxt bağlı olur.Əllərin aşağı vəziyyətdə olması da yalançılara xas keyfiyyətdir.

6.Əllərini tez-tez üzünə və boynuna aparır.

7.Suallara cavab verərkən rahat olduğunu göstərməyə çalışır.

8.Yerli-yersiz çiyinlərini çəkir.

9.Təəccüb,qorxu və ya sevinc kimi hisslər ağız nahiyyəsi ilə məhdud qalır.

10.Yalan danışan adam ayaqüstə dayanarkən və ya oturarkən kürəyini dik tutmur.

11.Danışdığı adamla ya çox az fiziki təmas qurur,ya da heç qurmur.

12.Onu ittiham edən adamla arasında məsafə qoyur.

13.Yalan danışan adamın tez-tez dilinin dolaşması da təbiidir.

14.Qarşısındakı adam danışdığı yalana inanana qədər danışmağa davam edir.

15.Suallara heç vaxt birbaşa cavab vermir.

16."Mən","biz" və "bizim" kimi şəxs əvəzliklərindən ya çox az,ya da heç istifadə etmir.

17.İstifadə etdiyi sözlər çox vaxt aydın olmur.

18.Bütün suallara cavab versə də,özü sual vermir.

19."Həqiqəti söyləmək lazımdırsa" və ya "Niyə yalan deyim ki?" kimi cümlələrdən istifadə edir.

20.Sualı əvvəlcədən düşünür və təbii ki,cavabı əvvəlcədən hazırdır.

21.Sualı təkrar etməyi tələb edir,ya da suala sualla cavab verir.

22.Danışmağa "Səhv başa düşməyini istəməzdim,ancaq..." kimi cümlə ilə başlayır.

23.İttihamlara qarşı laqeyddir.

24.Diqqətinizi dağıtmaq üçün zarafat edir.

25.Geniş izahat tələb edən məsələləri adi bir şey kimi çatdırır.

26.Yalanı o qədər inanılmazdır ki,ona bəlkə də sırf buna görə inanırsınız.

[cavab]

pol D_A_G_L_I 17 Fev 2013 / 22:28
Bax bu super.Like.
red. D_A_G_L_I (17.02 /22:28)

[cavab]

pol amil@ 17 Fev 2013 / 22:29
Nurlanichka, duz deyirsen xanim

[cavab]

pol El@ 17 Fev 2013 / 22:30
Nurlanichka, eladi yeqin hamimiz bundan faydalanariq

[cavab]

pol @zerbaycan 17 Fev 2013 / 22:31
L..I..K..E.............................................

[cavab]

pol ozdunyamiz 17 Fev 2013 / 22:31
Yalan söyləmiş adam yalan söyləyə bilməmiş insandır.
Əgəgr yalan söyləsəydi, siz onun söylədiyinin yalan olduğunu bilməzdiz.- Ozdunyamiz.

Beli, yalan soyleyen insanin yalanini tutarsa insan o şexs yalan soylemekde ugursuzluq qzanmiş ve yalani soyleye bilmemiş insandir. Yalan soyleyen şexsin yalanini tutmagin en sade yolu onun danişdiqlarina inanmaq ve dediyi her bir sozu ezberlemekdi(en ince detalina kimi). Ve sonda anladigini bildirib yeniden sualiniz cavab vermesini istemenizdir. Tekrar cavab verdikde 2ci cavabi 1ci cavabi ile eyni olmayacaqdir. Ferqi hiss etdikde yalan danişdigini anlaya bilersiniz. Movzu üçün ayrıca teşekkür

[cavab]

pol EMIN98 17 Fev 2013 / 22:32
Eh men yalan deyim kimsede hiss etsin.:) niye yalan deyim ki yalan xoşlamıram.

[cavab]

pol @zerbaycan 17 Fev 2013 / 22:32
Tamamile YES YES YES
red. @zerbaycan (17.02 /22:33)

[cavab]

pol EMIN98 17 Fev 2013 / 22:32
Eladı tşk.

[cavab]

pol EMIN98 17 Fev 2013 / 22:34
Mende sığar 300 yalan
Men bu yalana sığmazam
red. EMIN98 (17.02 /22:34)

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1908 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az