hekaye 19 ( Geniuss )

pol Geniuss 17 Fev 2013 / 13:18
Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı, hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti vardı. Nə iş olsa, “Bunda da bir xeyir var” – deyərdi. Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə “Bunda da bir xeyir var”, - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, “Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?” – deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı. Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və “Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla”, - dedi. Dostu isə həmişəki kimi “Yox, bunda da bir xeyir var idi” – deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?” – deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: “Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... sonrasını sən məndən yaxşı bilirsən” – dedi...

hekaye 18 ( Geniuss ) daxil ol
red. Geniuss (17.02 /13:20)

[cavab]

pol Esger_Balan 17 Fev 2013 / 13:27
uydaa sonu super twk

[cavab]

pol FaShiOn_FeRmeR 17 Fev 2013 / 13:41
super
red. FaShiOn_FeRmeR (17.02 /13:41)

[cavab]

pol BALTAZAR 17 Fev 2013 / 13:57
anlayancun esl ibret var, tewekkur

[cavab]

pol Excellent 17 Fev 2013 / 14:10
hemiweki kimi super...

[cavab]

pol Geniuss 17 Fev 2013 / 14:18
haminiza tewekkurler.

[cavab]

pol Golf 24 İyun 2013 / 23:35
Maraqlidi.men ama coxu vaxt sitem edirem.sora pesman oluram.1ci ele mene aiddi bu.

[cavab]

pol OnLy_NiCk 21 Noy 2013 / 02:15

[cavab]

pol Mp3_MuSiCe 21 Noy 2013 / 02:16
super

[cavab]

pol Ayla 21 Noy 2013 / 02:22
acildigi gun oxumuwam ne ecebse werh yazmamiwam )bundada bir xeyir varmiw menim sayemde oxumayanlar oxudu) maraqlidi twk:)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2396 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az