hekaye 16 ( Geniuss )

pol Geniuss 16 Fev 2013 / 02:12
Kasıb bir oğlan padşahın qızına aşiq
olur. Ancaq bu arzusunun əlçatmaz
olduğunu anladığı üçün pərişan halda
gəzib-dolaşır. O, bir dəfə ağsaqqal bir
dərvişlə rastlaşır və dərdini ona açır.
dərviş də, öz növbəsində, ona: "Övladım, şəhərin girişində otur, kim
sənə nə desə sən ona: "Allah",- deyə
cavab ver",- məsləhətini verir.
Kasıb gənc dərvişin məsləhətinə əməl
edir. Günlərlə, aylarla şəhərin girişində
oturur. Kimin nə deməsindən, nə soruşmasından asılı olmayaraq, ancaq
Allah deyir. Bir müddət sonra həmin
oğlan bu davranışına görə bütün
şəhərdə məşhurlaşır, hamı ondan
danışır. Məsələ padşahın da qulağına
gedib çatır. Bir gün padşah bu məşhur gənci
görmək istəyir. Əvvəlcə, dərvişdən
həmin oğlan haqqında məlumat
istəyir. Dərviş də ona bildirir ki, bu
gənc dövrün ən mübarək, Allaha bağlı
insanlarından biridir. Bunu eşidən padşah dərhal gəncin yanına gəlir.
Ondan: "Kimsən? Problemin nədir? Nə
istəyirsən?"- soruşur. Gəncin cavabı isə
yalnız bir olur: "Allah". Padşah gəncin
dilindən başqa söz çıxmadığını görüb
geri qayıdır. Səhərisi gün dərviş gəncin yanına gəlir
və deyir ki, padşah öz qızını ona
verməyə razı olanadək, o, padşahdan
başqa bir şey istəməsin.
Bir gün yenə padşah oğlanın yanına
gəlir və deyir: "Səni öz qızımla evləndirmək istəyirəm. Fikrin nədir?"
Gənc oğlan isə bu təklifi rədd edir və
deyir: "Qızınızla evlənmək istəmirəm.
Mən başqa bir niyyətlə "Allah" dedim.
Allah isə padşahı mənim kimi kasıb bir
gəncin ayağına gətirdi. Mən sırf Allah rizası üçün "Allah" desəydim, kim bilir
nələr olardı? Bundan sonra mən
Ondan başqasını tanımıram, Ondan
başqasını istəmirəm".

hekaye 15 ( Geniuss ) daxil ol

[cavab]

pol Excellent 16 Fev 2013 / 03:04
hemiweki kimi elaaaaaaaa...

[cavab]

pol Gizir 16 Fev 2013 / 04:34
ALLAH HEQDIR......DININ YOLUNDA OGLANLAR VEDA

[cavab]

pol odinocka 16 Fev 2013 / 04:35
men de sizin hkayələri oxuyuram.ƏLA.

[cavab]

pol __TARLA__ 16 Fev 2013 / 05:22
Gozel
red. __TARLA__ (16.02 /05:24)

[cavab]

pol Golf 24 İyun 2013 / 23:41
En qesengi budu heleki)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.169 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az