SEVENLER BAXSIN
Habil
15 Fev 2013 / 22:08
Hər sabah olduğu kimi yenə də
həmin qadın ağ rəngli əsası ilə
ayaq qoyduğu yerləri yoxlayaraq,
ehtiyatla avtobusa mindi.
Sürücü «Soldan 3-cü yer boşdur
xanım», — deyərək, ona yer
tapmaqda köməkçi olmaq istədi.
Qadın cavan və gözəl bir xanım
idi. Həyat yoldaşısa Hərbi Hava
Qüvvələrinin zabiti idi. Bir neçə ay
bundan qabaq səhv bir diaqnoz
nəticəsində həyata keçirilən
əməliyyatda bu gənc qadın
görmə qabiliyyətini tamamilə
itirmişdi. Əməliyatdan sonra acı
xəbəri eşidən əri isə çox məyus
olmuşdu. Amma həmin anda belə
özünü toplayaraq soz vermişdi..-
arvadını əsla tək qoymayacaq,
ona sonuna qədər dəstək olacaq,
öz ayaqları üzərində durana
qədər ona cəsarət verəcəkdir.
Beləcə günlər bir-birini əvəz edir,
qadın isə hər keçən gün özünü
daha da pis hiss edir, çox sevdiyi
həyat yoldaşına yük olduğunu
düşünürdü. Arvadının bu sıxıntılı,
özünəqapalı vəziyyəti əri
kədərləndirirdi. Tez bir zamanda
bir çarə tapmalı idi. Yoxsa həyat
yoldaşı getdikcə özünə qapılaraq
dünyasından yox olacaqdı.
O bütün günü ömür-gün
yoldaşına necə kömək edə
biləcəyini düşünürdü. Birdən
ağlına yoldaşının keçmiş iş yeri
gəldi. Amma bunu ona necə
deyəcəkdi? Çünki o artıq hər
şeydən inciyən kövrək bir insan
olmuşdu. Bununla belə bütün
cəsarətini toplayaraq axşam çağı
arvadını məsələdən xəbərdar
edir
Həyat yoldaşı dəhşətlə «Mən
bunu necə edə bilərəm, axı mən
koram» — deyə qışqırdı. Ona
dəstək olacağını, onu hər gün
özü ilə işə aparacağını və axşam
işdən gətirəcəyini bildirdi. Onu
yaxşı tanıdığını və bu işi bacara
biləcəyini ona deyirdi.
Qadın ümidsiz halda onun
təklifini qəbul edir. Çünki ərini
çox sevirdi, buna görə də onun
qəlbinə dəymək istəmirdi.
Fədakar ər hər səhər arvadını işə
gətirir və axşamlar işdən sonra
onun dalınca gəlirdi. Ancaq ər
daha çox şey istəyirdi… Özünə
söz vermişdi ki, sonuna qədər
gedəcəkdi.
Bir gün axşamçağı arvadına «işə
daha sən özün tək gedib-
gəlməlisən», — dedi. Qadın
dəhşətə gəlmişdi. Bunu heç vaxt
edə bilməyəcəyini deyir. Sözünə
təkid edən ərini görüncə yenə
onun sözünü yerə sala bilmir.
Əslində bunu özü də istəyirdi,
amma özünə o qədər də güvənci
yox idi.
Artıq hər səhər qadın özü
avtobus dayanacağına gedir, özü
avtobusa minir və özü
avtobusdan düşərək işinə
gedirdi.
Günlər bir-birini qovalayırdı. Artıq
heç bir çətinlik və maneə yox idi.
Günlərin birində yenə avtobusa
minərkən sürücü ona, «sizə lap
qibtə etmək olar, ay xanım», —
dedi.
Qadın «niyə», — deyə, soruşur.
— Çünki hər səhər sizin
arxanızca gənc bir zabit avtobusa
minir, bütün yol boyunca sevgiylə
sizə baxır, avtobusdan endikden
sonra da yaşıl işıqda yolun qarşı
tərəfinə keçməyinizi gözləyir. Siz
binaya girdikdən sonra da
arxanızdan öpüş yollayıb, sizə
heyranlıqla əl edir.
[cavab]
Aristotel
15 Fev 2013 / 22:15
ellerine saqliq
[cavab]
Habil
15 Fev 2013 / 22:16
Aristotel, twk
[cavab]
Aristotel
15 Fev 2013 / 22:16
Bax esl sevgi bele olar
[cavab]
Habil
15 Fev 2013 / 22:21
Aristotel, he duzdu
[cavab]
Fermer-dayi
15 Fev 2013 / 22:23
Bunu yazanda yorulmadin?
[cavab]
Habil
15 Fev 2013 / 22:24
Fermer-dayi, yox
[cavab]
huseyn25
15 Fev 2013 / 22:34
cox gozel hekayedi ellerin dert gormesin
[cavab]
ayka5
15 Fev 2013 / 22:39
seper yani basqa soz ola bilmez twk
hardan yazirsiz bunlari
[cavab]
Habil
15 Fev 2013 / 22:44
harda gorsem
[cavab]
Bölmeye qayıt
0.1373 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az