SEVGIYE BAX E
Habil
15 Fev 2013 / 21:47
Bir-birini çox sevən bir cütlük yol
qəzası keçirir. Onlar yataq xəstəsi
olur və eyni otaqda qalırlar. Oğlan
otağın pəncərə tərəfində, qız isə
divar tərəfdə yatır. Oğlan
pəncərədən çölə baxır və olanları
qıza danışmaqla, qız isə
dinləməklə beləcə zamanları
keçirmiş. Oğlan qıza çöldə
olanları dayanmadan danışırmış
və bu şəkildə qızın sıxılmadığını,
darıxmadığını düşünürmüş. Qız
isə xəstəliyinin təsiri ilə daha da
pisləşmiş, heç nədən xoşbəxt
olmayacaq bir vəziyyətə
düşmüşdü. Ürəyində oğlanı
qısqanır, "kaş ki, mən pəncərənin
yanında olsaydım" deyə fikirləşir
və oğlanın yerində olmaq istəyir.
Bu ikilinin elə bir vəziyyəti də
vardı ki, şok keçirdikləri zaman
təcili müdaxilə edilməlidir. Əks
tədqirdə xəstə oradaca ölər. Şok
anında xəstəxanadakıları
xəbərdar etmək üçün ikisinin də
çarpayısının yanında
xəbərdaredici düymə vardır. Əgər
biri şoka girərsə, digəri düyməyə
basaraq kömək çağırmalıdır. Bir
gün oğlan yenə çöldə olanları
qıza izah edir, danışır... Qız yenə
sifəti kədərli bir halda çöldə
olanları özü izləmək istəyir və
divar kənarında olduğu üçün də
çox üzgündür. Və elə o anda
oğlan şok keçirir. Qız düyməyə
basmaq istəyərkən dayanır və
düşünür: "Düyməyə basmasam
nə itirərəm ki? Onsuz da ikimiz
də yataq xəstəsiyik. Bir-birimizə
nə faydamız var ki? Hamıya
"Yatırdım" deyərəm. Həm də o
ölsə, məni pəncərə kənarına
apararlar". Və düyməni basmır.
Oğlan ölür, qız isə həmin vaxt
yatdığını və çox üzgün bir halda
düyməyə basa bilmədiyini deyir.
Özünü sevgilisinin yatağına
keçirmələrini xahiş edir, onun
qoxusunu hiss etmək istədiyini
deyir. Halbuki, o, pəncərədən
çöldəkiləri izləmək istəyir.
Qızı pəncərə kənarına - oğlanın
köhnə yatağına qoyurlar. Qız çox
həyəcanlı bir şəkildə bayırı
görmək üçün başını şüşədən
uzadır və... gördükləri qarşısında
şok keçirir. Çöldə heç bir şey yox
idi, təkcə bir qab və quru bir
divar vardı. Qız hər şeyi anlayır.
Amma artıq gec olur. Deməli,
sevgilisi sırf onun - qızın ürəyi
sıxılmasın,darıxmasın deyə qaba
və quru divara baxa-baxa
günlərcə ona hekayələr
danışırmış. Sırf özü kimi yataq
xəstəsi olan sevgilisi üzülməsin
deyə. Yataq xəstəsi olmasına
baxmayaraq, həyatı sevsin,
yaşasın deyə... Qız bunun
mükafatı olaraq sevgilisinin
ölümünü belə gözə almışdı.
[cavab]
@Fener@
15 Fev 2013 / 22:00
Eh eh eh
[cavab]
Juliet
15 Fev 2013 / 22:27
wok oldum bu ne idi bele?cox uzuldum ee.o qiz nece insafsizdi :(
[cavab]
ayka5
15 Fev 2013 / 22:36
aglamamaqcin ozumu saxladim yani
[cavab]
Habil
15 Fev 2013 / 22:47
aglamiyin
[cavab]
ayka5
15 Fev 2013 / 22:47
elimizde deyil
[cavab]
ejla
15 Fev 2013 / 23:05
Bunu men bawqa yerde oxuyub aglamiwdim
[cavab]
EMIN98
15 Fev 2013 / 23:10
Hmmm.yaxşıdı
[cavab]
Juliet
15 Fev 2013 / 23:11
ejlam, kiyamam sana aglama canim bir daha!!!
[cavab]
ejla
15 Fev 2013 / 23:31
juliet..ok
[cavab]
Bölmeye qayıt
0.1626 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az