hekaye 15 ( Geniuss )

pol Geniuss 15 Fev 2013 / 13:11
ŞEYTAN Yaşlı qadın olduqca Allaha bağlı bir
adam idi. Hər səhər qapısının ağzına
çıxar və uca səslə: "Allahım, bizə
verdiyin hər şey üçün sənə şükürlər
olsun!" deyə dua edərdi. Hər dəfə də
yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: "Allah yoxdur,
Allah yoxdur!" deyə fəryad qoparardı.
Yaşlı qadın bundan nə qədər incisə də,
sözündən dönməzdi. Ertəsi gün yenə
qapısının ağzına çıxar, dua edər, sonra
evinə qayıdardı. Qonşusu da inad olsun deyə var gücü ilə, "Allah
yoxdur, Allah yoxdur!" deyib təsəlli
tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı qadına "tələ
qurmağı" qərara aldı. Dükana gedib
meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının
qapısının ağzına qoydu. Ertəsi gün
yaşlı qadın qapını açıb torbaları gördü.
Əvvəlcə təəccübləndi, sonra əllərini
Allaha açıb sevinclə, "Sənə şükürlər
olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun!"
deyə dua etdi. Bu vaxt ağacın
arxasından ona tamaşa edən qonşusu
səsləndi: "Allah yoxdur, qadın, Allah
yoxdur! O gördüyün şeyləri də sənə
mən aldım!". Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: "Uca
Allahım! Sənə nə qədər şükür etsəm,
yenə azdır. Həm bu nemətləri mənə
göndərmisən, həm də xərcini şeytana
ödətmisən"...

hekaye 14 ( Geniuss ) daxil ol

[cavab]

pol by_TaButcu 15 Fev 2013 / 14:21
Gozel hekayedi.
-
ilk status

[cavab]

pol Excellent 15 Fev 2013 / 15:04
Super.Allah razi olsun

[cavab]

pol Golf 24 İyun 2013 / 23:43
Bunu oxumusdum superdi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2532 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az