Bu gün kiçik möcüzələr günü olsun...

pol MaraZ 15 Fev 2013 / 11:42
Bu gün kiçik möcüzələr günü olsun...
Sadə, gözəl...
Ancaq sənin olsun...
Günəş ancaq sənin üçün doğsun, ancaq sənin
üçün işıq saçsın...
İkram edilən təzə dəmlənmiş bir stəkan çay,
Yaxud da misk qoxulu bir fincan qəhvə,
Ancaq sənin üçün dəmlənsin...
Köhnə dostlardan birinin gözləmədiyin bir
telefon zəngi...
Gördüyün ən gözəl yuxu bu gün çin olsun...
Evə, işə və ya hər hansı bir yerə gedərkən
bütün yol boyu sfetoforlarda yanan yaşıl işıq...
Bu gün içində kiçik sevinclərin olduğu, həm
də bol olduğu bir gün olsun...
Hər şey üzünü gülümsəsin...
Sən də gülümsə...
Buxarlanmaqda davam edən bir stəkan çay
arxasında səni gözləyən bir dost... Bir yar... Bir
sirdaş... Bir sevgili... Hətta yoldan ötən bir
insan...
Sırf sənə ayrılan zaman...
Radionu açdığında ən xoşladığın mahnı
efirdədir və sən də özündən asılı olmayan gizli
səslə o mahnını zümzümə edərək
təkrarlayırsan...
Bu gün geyindiyin paltar sənə hər
zamankından daha çox yaraşır...
Çünki sən o paltarı ən çox sevdiyin insanı
qarşılamaq üçün geyinmisən...
Sənə uzanmış bir ədəd qızıl gül...
Sevginin ifadəsi...
Təbəssüm, xoşbəxtlik, rifah, səmimiyyət,
rahatlıq və ...
Dolu bir gün olsun...
Xoşbəxtliyin günü olsun bu gün...
Allahın hər zaman sənin yanında olduğunu
hiss edə bilmək...
Bu duyğu ilə yaşamaq...
Çox xoş və səmimi duyğularla sənə uzadılan
bir əl...
İnan ki, sən bunlara layiqsən...
Deyirlər ki: “Özəl bir insanla rastlaşmaq, bəlkə,
bir an,
Onun özəl biri olduğunu anlamaq, bəlkə, bir
saat,
O özəl birini sevməksə, bəlkə, bir gün davam
edə bilər.
Ancaq o insan bir ömür boyu unudulmaz...“
Unudulmamağın yolu unutmamaqdan keçir...
Dostlarınıza və sevdiklərinizə zaman ayırın,
Onlara zəng edin, hal-əhval tutun.
Çünki sizin gözlədiyiniz zəngi onlar da
gözləmiş ola bilərlər.
Və böyük ehtimal ki, gözləyirlər...
Bəlkə, indi onlar da bu günün sənin istədiyin
kimi keçməsini istəyirlər...
Başqasına verdiyin dəyər, əslində, özünə
verdiyin dəyərdir...
Niyə gozleyirsen?

[cavab]

pol by_TaButcu 15 Fev 2013 / 12:47
MaRaQlidi SoZlerdi. Ehval-ruhiyyem qalxdi. Tsk.
-
ilk status...

[cavab]

pol ayka5 15 Fev 2013 / 13:17
cox gozel

[cavab]

pol MaraZ 15 Fev 2013 / 13:27
by_TaButcu, xowdu

[cavab]

pol MaraZ 15 Fev 2013 / 13:28
ayka5, gozel gununuz olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1516 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az