+Hansı növ daraq yaxşıdır? +
Nurlanichka
15 Fev 2013 / 02:57
Siz yəgin ki, gözəllik salonlarında ustaların daraqla necə məharətlə rəftar etdiyinə fikir vermisiniz? Hansı darağın bu və ya digər saç düzümündə istifadə edə biləcəyiniz haqda bir neçə məsləhət verək sizə. İki daraq növü mövcuddur:dişli daraqlar və fırça formalı daraqlar.
Dişli daraqlar
Mütəxəssislər taxta darağa üstünlük verməyi məsləhət görürlər. Xüsusən bu cür darağı nəm saçları daramaqda istifadə edirlər. Taxta darağın kimyavi tərkibli maddələrlə reaksiayay girmədiyinə görə bu cür daraqlardan saçınıza maska qoyanda da yararlana bilərsiniz.
Saçınızı “at quyruğu” formasında yığanda isə siz dişli daraqlara müraciət edin. Saçınız kimyavi buruqdursa və ya sadəcə quru tərkiblidirsə silikon daraqdan istifadə edin.
Saçınız hansı uzunluqda olursa olsun onu həmişə ucundan yuxarı daramağa başlayın.
Fırça formalı daraqlar
Yumru formalı fırça daraqları saçların fenlə düzləşdirmək və qısa kəsimli saçlara forma vermək istədikdə istifadə olunur. Düz saçlar üçün uzun metal dişli fırça daraqlar uyğundur. Belə daraqla saçın ön hissəsini və kare saçları formaya salırlar. Onlara maksimal həcm vermək üçün diametri 8 sm olan yumru daraq alın.
Daraqlaınızı 2 həftədə bir dəfə yuyun. Saça buruq və ya lokon forması vermək üçün qısa metal dişli daraqdan istifadə edin. Saçı düzləşdirmək üçün isə at tükündən istehsal edilmiş fırça daraq köməyinizə çatacaq.
Daraq almadan əvvəl onu əlinizin iç tərəfinə sürtün. Darağın dişləri əlinizi cızmamalıdır. Darağın dişləri yaxşı emal edilmiş, ucları isə yumru olmalıdır.
[cavab]
ozdunyamiz
15 Fev 2013 / 03:28
demək olarki buda xanimlara aiddir) yenede teşekkür edirem
[cavab]
Rihanna
15 Fev 2013 / 05:50
Men salona gedende ozumle bir apariram makyaja gediremse kosmetik vasiteleri manikyr pedikura gediremse manikur destimi, sac ucun gediremse artiq onu ustanin ohtesine buraxiram amma diqqet yetirirem her weye
[cavab]
Rihanna
15 Fev 2013 / 05:51
Ozumse firca daragdan istifade edirem
[cavab]
Bölmeye qayıt