+İncə dodaqlar üçün təklifler+
Nurlanichka
15 Fev 2013 / 02:46
Dodaqlarınızın çox incə olmasından şikayətçisinizsə kiçik makiyaj hiylələri ilə onları olduğundan daha qalın və dolğun göstərə bilərsiniz.
Dodaqlarınıza olduğundan daha qalın görünüş vermək istəyirsinizsə mütəxəssislərin tövsiyələrinə əməl edin, bu məsləhətlər çox sadə və praktikdir.
İncə dodaqlara sahibsinizsə qəti şəkildə tünd rəngli dodaq boyalarından uzaq durun.
Qırmızı rəngi çox sevirsinizsə və onu dodağınızda görmək istəyirsinizsə o zaman ilk olaraq dəri rəngli karandaşla dodaqlarınızı çərçivəyə alın, sonradan qırmızı dodaq boyanısı tətbiq edin.
Dodaqlarınızın incəliyinin ön planda olmasını istəmirsinizsə mat rənglərdən qaçın.
Yalnız üst dodağın incəliyindən şikayət edirsinizsə dəri rəngli dodaq karandaşı ilə yalnız üst dodağı çərçivələyərək boya vura bilərsiniz.
Açıq rəngli dodaq boyaları və blesklər seçsəniz dodaqlarınızın incə görünüşündən xilas ola bilərsiniz.
Açıq rəngli boyadan istifa edərkən dodaqlara dolğunluq qatmaq üçün alt dodağın ortasına bir az blesk vurmaq məsləhətdir.
Amma bir məqamı da unutmayın ki, incə dodaqlara söz anlayan, zəkalı, ehtiyatlı, incə fikirli adamlarda rast gəlinir.
[cavab]
ozdunyamiz
15 Fev 2013 / 02:51
bu artıq xanimlar üçündür)))
[cavab]
Shokochka
15 Fev 2013 / 02:52
bele meslehetleri su kimi bilirem.evvel cox haziamisam bu tip xeberler.amma bele yazilari hec vaxt emel etmirem tenbellik imkan vermir
[cavab]
feiridik
15 Fev 2013 / 02:53
ozdunyamiz, duzdu :D
[cavab]
Xuanze
15 Fev 2013 / 03:12
ozdunyamiz, bizim ne iwimiz var burda bes? )))
[cavab]
Sevka
15 Fev 2013 / 03:28
Bir defe mehwurlar haqda xususi verliwe baxirdim gordumki mugenni madonna dodaqlarni her gun 2 deqiqe diw frcasiynan masaj edir bu dodaqlar hecimli edir men edirem superdir netice
[cavab]
ozdunyamiz
15 Fev 2013 / 03:37
Xuanze, ÖZümde bilmirem) movzudan exit)
[cavab]
Ayan01
15 Fev 2013 / 04:08
Bunlara menim ehtiyacim yoxdur menim dodaqlarim normaldi ama bezen bezi kasmetik vasitelerden istifade etmek olar
[cavab]
Rihanna
15 Fev 2013 / 05:48
Sevka, he mende edirem ele.dodagmin oz formasi eladi sadece o masaj oz rengini biraz qizardir bunnan xowum gelir diye edirem
[cavab]
Rihanna
15 Fev 2013 / 05:49
Dodagni boyutmek istiyenler ev weraitinde biberi dodaglarna surterek ede bilerler.amma bilmirem axri nece olur)))
[cavab]
Bölmeye qayıt