+Nizami Gəncəvidən ibrətamiz kəlamlar+

pol Nurlanichka 15 Fev 2013 / 02:32
Sönükdür hər zaman yalan xəyallar,
Yalnız həqiqətdə ölməz qüvvə var.

Ən doğru söz danış olasan dilbər,
Görüncə bəyənsin söz bəyənənlər.

Dəli o şəxsdir ki, dünya varını,
Çox sevib bərkidir ev hasarını.

Şikarı tutmağa aslan gərəkdir,
Tülkünün peşəsi müftə yeməkdir.

Qəlbini çalmasın bu mal, bu dövlət,
Azı bir zillətdir, çoxu fəlakət.

Kimsənin dalınca demərəm yaman,
Utanım üz-üzə gəldiyi zaman.

Dikbaşlıq edərsə ən yaxşı bir at,
Misir eşşəyindən əskikdir qat-qat.

Lovğalıq, uşaqlıq söhbəti etmə,
Bu sərxoş yoludur onunla getmə.

Dənizə min çay axar, o yenə sakit durar,
Arxa bir sel gələndə çalxalanıb ləngər vurar.

Ovlaqda ovçular ox atsa əgər,
Dikbaş təkələrə daha çox dəyər.

Özündən hər kim ki, deyil xəbərdar,
Bir qapıdan girər, birindın çıxar.

Çalış bu dünyada səhv eyləmə sən,
Çox bizim kimilər yanmış səhvindən.

Yamanlıq eyləsə özgəyə hər kəs,
Çıxar qabağına, hədərə getməz.

Qorx ki, boyun vuran qılıncın bir gün,
Vursun öz boynunu nahaq qan üçün.

Çalış öz xalqının işinə yara,
Geyinsin əməlindən dünya zər xara.

Gecəni, gündüzü çox vermə bada,
Yaxşı ad uğrunda çalış dünyada.

Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.

Təmkinli oturmağı etdiyiçün dağ peşə,
Mötəbərdir yerində varlığıyla həmişə.

Kimin ki, qəlbində vardır hümməti,
Onun da yaxşılıq olur neməti.

Dərdə əlac edən təbiət heç zaman,
Tapmamış və tapmaz ölümə dərman.

Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.

Dünyada keçməsin boş cavan çağın,
Yol get ki, güclüdür indi ayağın.

Bilənlər başçısı olsa da yenə,
Bu gənclər möhtacdır qoca fikrinə.

Nə şəhvət, nə yuxu, nə də ki, yemək,
Həyatın mənası olmasın gərək.
Yatmağı, yeməyi bu aləmdə sən,
Eşşək, öküzdə də görə bilərsən.

Həyat aləmində hər şeydən üstün,
Cavanlıq günüdür ən qiymətli gün.
Dünyada həyatdan yaxşı şey nədir?
Gənclik günü omrə bir nümunədir.

Nə qədər məsuddur şən həyat quran,
Tamah süfrəsindən az bir şey uman.
Sevdiyi guşədə keçinir rahət,
Hünərlə çalışır, yaradır sənət.

[cavab]

pol ROM@NTIK_AWK 15 Fev 2013 / 02:35
super

[cavab]

pol dostumol 15 Fev 2013 / 02:35
pisdi cox pisdi

[cavab]

pol ozdunyamiz 15 Fev 2013 / 02:36
Təşəkkür edirem. Gözeldir

[cavab]

pol ozdunyamiz 15 Fev 2013 / 02:37
dostumol, yazılanları derk edenler üçün gozeldir. bunu oxuyanlarin reyleride subut edecekdir.) Kin ve eseb yaxşi şey deyildir.

[cavab]

pol Shokochka 15 Fev 2013 / 02:37
Nə şəhvət, nə yuxu, nə də ki, yemək,
Həyatın mənası olmasın gərək.
***************
esl indiki cavanlar ucundu,

[cavab]

pol Bykrasavcik 15 Fev 2013 / 02:37
Tewekurler

[cavab]

pol Vasif 15 Fev 2013 / 02:37
dostumol, niye yaxsidaxı

[cavab]

pol Shokochka 15 Fev 2013 / 02:38
dostumol, insan gerek,qezebine,hisslerine yenilmesin,netice bax bele gulunc olur
red. Shokochka (15.02 /02:39)

[cavab]

pol ROM@NTIK_AWK 15 Fev 2013 / 02:41
dostumol, niye pisdi ki superdi sene gore pis ola biler

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1578 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az