IBRETAMIZ HEKAYE OXUMAGA DEYER

pol *AsKoLiK* 15 Fev 2013 / 01:22
IBRETAMIZ HEKAYE OXUMAGA DEYER

Teymur yerinə yenicə əyləşmişdi ki,
sol tərəfdə əyləşən xanım
soruşdu:
— Bağışlayın, Nizami 31-ə
getmək üçün hansı dayanacaqda
düşməliyəm?
Teymur fikirli idi deyə diksindi.
Bəli..? – təkrar etməsini istədi.
— Nizami 31-ə deyirəm, necə
gedə bilərəm?
— Hə, deməli belə...Mənimlə
düşərsiz, mən yolun davamını
sizə izah edərəm.
— Çox sağolun. Siz də ora
gedirsiz?
— Xeyir, amma sizə yolu
göstərəcəm, narahat olmayın...
Birazdan avtobus dayandı. İkisi
də endilər. Bir xeyli birgə
addımladılar. Ayrılacaqları yerə
çatdıqda Teymur üzünü o xanıma
tutub, canla-başla yolun davamını
izah etməyə başladı: – Qarşıdan
sağa dönərsiz, orada önünüzə
bir hündür bina çıxacaq,
restorandı. Onun sol tərəfindən
keçib, düz axıra kimi gedərsiz...
Xanım Teymur sanki heç dinləmirdi.
– Dayanın, olar sizə bir sual verim,
deyə gülə-gülə soruşdu.
— Əlbətdə olar.
— Düzünü deyin, siz bütün bu
canfəşanlığı niyə edirsiz? Məndən
xoşlanırsınız yoxsa?
— Necə..?! – Teymur qəfil sualdan
çaş-baş qaldı.
— Deyirəm, yəqin bütün bu
canfəşanlıqdan sonra “padxod”
başlayacaq, yoxsa elə bu özü də
«padxod»un bir növüdü..?
Teymurun qırıldı qol-qanadı yanına
düşdü. Dərindən bir ah çəkib,
biraz susdu. Və sonra özünü
toparlayıb dilləndi: — Xanım,
sizdə günah yoxdur.
— Bəs kimdi günahkar? – xanım
Teymurun romantik bir cavab
deyəcəyini zənn edərək nazlandı.
— Bütün günahlar sizin
ətrafınızda, dostlarınızda,
qohumlarınızda və ailənizdə olan
kişilərdədir. Əgər onların
arasında bircə nəfər belə ən azı
mənim qədər kübar bir kişi
olsaydı indi siz mənim etdiyim
kiçik bir insani jestdə bu qədər
dərin və iyrənc mənalar
axtarmazdınız...
Cavab xanımın düz sifətindən
dəydi. Dinməzcə döndü və getdi..

[cavab]

pol Excellent 15 Fev 2013 / 01:41
))))))))))))))

[cavab]

pol Esger_Balan 15 Fev 2013 / 01:53
caan ay teymur

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2082 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az