"Son dərs'' dərs ala biləcəyimiz bir hekayə...

pol *_FoReVeR_* 14 Fev 2013 / 20:43
Günün son dərsinin sonuna gəlinmişdi.Şagirdlər çıxmaq üçün
səbirsizlənirdi.Dəftər və kitablarını çantalarına qoydular.Zəng çalar çalmaz,çölə çıxmaq üçün hazır idilər.Tək,Əli hazırlanmamışdışdı.Gecikmək üçün də əlindən gələni edirdi.
Nəhayət, zəng çaldı.Şagirdlər bir anda qapıya yönəldi.Əli,yerindən qalxmadı.Ağır-ağır dərsliklərini yığdı.Bir tərəfdən göz ucuyla müəlliminə baxır,bir tərəfdən də yoldaşlarının getməsini gözləyirdi.Müəllimi,onun bu halını fərq etdi:
-Xeyir ola Əli,dedi.Evə getməyəcəksənmi?
Əli,son yoldaşının da çıxdığını görüncə cavab verdi:
- Sizinlə danışmaq istəyirdim müəllimim.
- Yaxşı,dedi müəllimi.Nə söyləyəcəksən?
- Sinif yoldasim Əhməd...
- Bəli,nə olub Əhmədə?
- Vəziyyətləri çox yaxşı deyil yəqin.Anası çantasına yaxşı şeylər qoymur.Ona kömək etmək istəyirəm.Amma mənim kömək etdiyimi bilsə kədərlənər.Gündə bir bulka pulu yığıb, hər həftə sizə versəm,siz də ona versəniz,olarmı?
Cibindən bir ovuc xırda pul çıxarıb müəllimin masasının üzərinə qoydu.Müəllim,pula toxunmadı.Oturub düşündü.Əli haqqındakı məlumatlarını yoxladı.Bildiyi qədəriylə ailəsinin vəziyyəti yaxşı deyildi.Bu çalışqan və sevimli şagirdi,nə qədər də yaxşı niyyətli və düşüncəli idi.Zəngin bir ailənin uşağı deyildi. Buna baxmayaraq, kömək etmək istəyirdi.Üstəlik kömək etdiyinin bilinməsini istəmirdi.
Müəllim: - Dayan baxaq Əli, dedi.Bildiyim qədəriylə sizin də maddi vəziyyətiniz yaxşı deyil
- Doğru bilirsiniz müəllimim. Atamın daimi isi yoxdu, çox vaxt iş tapa bilmir.Amma mən də işləyib pul qazanıram.
- Harada işləyirsən?
-Bulka satıram.
Müəllim yenə dayanıb düşündü.Yaxşılığın bu qədərinə nə deməli idi indi.Bunun reallaşması çətin idi.Onu,bundan imtina etdirmək üçün bir əlac tapmalı idi.Bunu edərkən,sevimli şagirdini də qırmamalı idi.Onunla bir az daha danışsa,bəlkə bir yolunu tapardı.Müəllim:
- Böyüyüncə nə olmaq istəyirsən,deyə soruşdu.
- Çox zəngin bir işadamı...
- Nə üçün?
- İnsanlara daha çox kömək etmək üçün...
- Gözəl,dedi müəllim.Bax indi Əli,Əhmədin ailəsinin vəziyyəti yaxşı deyil;bu doğru. Amma,sizinki də bundan çox fərqli deyil.İstəsən tələsik etmə;çox zəngin olduğun zaman insanlara kömək edərsən.Olmazmı?
- Olmaz, dedi Əli.İndi etməliyəm.
- Niyə olmaz?
- Üç səbəbdən ötəri olmaz.Birincisi:
Bu pul onsuz da mənim deyil.Yaxşılıq etdiyim üçün Allah,məni insanlara sevimli göstərir.İnsanlar da bundan təsirlənir,daha çox bulka alırlar.Bunun sayəsində gün boyu başqa bulka satanlardan daha çox bulka satıram.
İkincisi:"Ağac yaş ikən əyilər."deyilir.İndidən yaxşılıq etməyi öyrənməzsəm, böyüdüyümdə heç edə bilməm.
Üçüncüsü isə daha əhəmiyyətli:Böyüdüyüm zaman çox zəngin bir işadamı olmaq istəyirəm.Zamanında sərmayə qoymayanlar böyük işadamı ola bilməzlər.
Müəllim,qarşısında böyük biri varmış kimi dinləyirdi:
- Bu sonuncusunu çox yaxşı anlaya bilmədim,dedi.Bir az açıqlayarsanmı?
- Açıqlayım müəllimim,dedi Əli.İndi,çox zəngin olmadığım üçün,ancaq gündə bir bulka pulu qədər kömək edə bilirəm.Bundan çoxunu da verə bilməm Allah,Cənnəti gücü qədər yaxşılıq edənə verir.İndi gücüm bu olduğuna görə Allah bunu məndən qəbul edər.Əgər zəngin olmadan ölsəm bir neçə bulka puluyla Cənnətə girə bilərəm.Bundan daha qazanclı bir sərmayə olarmı?
Müəllimin gözləri dolmuşdu.Başını "Bəli" mənasında yelləyərkən masanın üzərindəki pulları bir-bir yığdı.Və bu pullar onuncun dünyanın en dəyərli pulları idi.

[cavab]

pol EMIN98 14 Fev 2013 / 20:50
Gözeldi

[cavab]

pol @zerbaycan 14 Fev 2013 / 20:54
*_FoReVeR_*,, Qaqaw super

[cavab]

pol feiridik 14 Fev 2013 / 21:00
*_FoReVeR_*, ela twk

[cavab]

pol Memo 14 Fev 2013 / 21:11
Super .

[cavab]

pol @ahu@ 14 Fev 2013 / 21:12
Ela twk

[cavab]

pol Juliet 14 Fev 2013 / 21:27
bu hekayeni balaca olanda "tumurcuq" qezetinde oxumuwdum.xatirlatma ucun twk

[cavab]

pol By_Fresh 14 Fev 2013 / 21:30
Bravo brat superdi!!!

[cavab]

pol *_FoReVeR_* 14 Fev 2013 / 21:37
twkler,,

[cavab]

pol Wahru 14 Fev 2013 / 22:11
*_FoReVeR_*, vaaaaaaaaaav supermiw

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1564 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az