OYUD NESIYED

pol Habil 14 Fev 2013 / 02:00
*Ey oğul, bir şeyi ələ gətirmək
mümkünsə, fürsəti fövt etmə,
lakin hər şey üstündə özünü
təhlükəyə də vermə.Səy et, hər
şeyi özünə layiq, ən yaxşı üsulla
ələ gətir. Elə ki, gətirdin, möhkəm
saxla, heçə-puça xərcləmə, əldə
saxlamaq ələ gətirməkdən
çətindir.
*Xoş söz və adamların köməyi ilə
düzələ bilən işlərə pul sərf etmə.
Yoxsul adamın qədir-qiyməti
olmaz.İnsanın ən ağır günü
ehtiyacdır..
*Hər bədbəxtliyin bir səbəbi
vardır, yoxsulluğun da səbəbi
israfçılıqdır.İsrafçılıq yalnız mal-
dövləti xərcləməkdə deyil, yemək,
işləmək, danışmaq-Hər iş olur-
olsun, israf etmə, çünki israf
bədəni taqətdən salar, ruhu
incidər, ağlı çaşdırar,ömrü
söndürər.
*Öz işində səhlənkarlıq göstərən
bəxtindən fayda götürə bilməz və
arzularına çata bilməz.Nəyin
varsa və sənə nə lazımsa hamsını
özünə xərclə.Doğrudur, mal şirin
olar, lakin candan şirin ola bilməz
*Pul sələmə verib, sələmə alma,
borc istəməyi ən böyük rəzalət
və həyasızlıq hesab et,
bacardıqca özün də heç kəsə bir
dirəm belə borc vermə, xüsusilə
dostlara, çünki dostlardan borcu
geri istəmək ən ağır işdir.borc
verdikdə onu artıq özünki hesab
etmə, ürəyində elə tut ki, o pulu
dostuna bağışlayıbsan. Özü
qaytarmayınca istəmə ki, bunun
nəticəsində dostluq pozulmasın,
çünki dostu düşmən etmək
asandır, düşməni isə dost etmək
çox çətindir.
*Ey oğul evlənsən öz hörmətini
qoru, mal şirin olsa da onu
arvad-uşağdan əsirgəmə. Arvadı
yaxşı saxla, övladı üzüyola,
mehriban tərbiyə et, bu sənin
əlindədir. Amma arvad alanda
malına görə alma, çox gözəlini də
axtarma, gözəlliyə görə
məşuqəni seçərlər. Özündən
daha adlı-sanlı arvad alma. Bakirə
qız var ikən ,ər görmüşə meyl
salma, qoy onun qəlbində sənin
məhəbbətindən başqa heç kəs
olmasın, elə təsəvvür etsin ki,
bütün kişilər eyni cür olar, başqa
kişilərə meyli düşməsin..
*Arvaddan şübhələnib onu
qısqanmasan, pulunu ondan
gizlətməsən və yaxşı saxlasan,
Allahın verdiyindən onu yaxşı
dolandırsan, o sənə atadan,
anadan və uşaqlarından daha
mehriban olar. Sən özünə ondan
daha yaxın, daha səmimi bir dost
tapa bilməzsən. Lakin şübhələnib
qısqansan, o sənə min
düşməndən daha qorxulu
düşmən olar. Yad düşməndən
qorunmaq olar, lakin arvaddan
yox.
*Ey oğul, elm və sənətdən hər nə
öyrənmək lazımsa, hamsını
övladına öyrət, beləliklə sən atalıq
borcunu və atalara xas olan
mehribanlıq vəzifəsini yerinə
yetirmiş olarsan. Pul, qızıl hər nə
arzu edirsə, imkan daxilində
ondan əsirgəmə, qoyma ki, o pul
xatirinə sənin ölmünü istəsin,
miras üçün bədnam olsun. Elm
alıb sənət öyrənmək övladın
haqıddır. Övlad pis də olsa sən
ona baxma, elm və sənət
öyrətməkdə səhlənkarlıq
göstərmə.Heç bir dərrakəsi
olmasa, sən öyrətsən də,
öyrətməsən də həyat onu
öyrədəcəkdir. Deyiblər ki" Ata-
anası tərbiyyə etməyəni gecə və
gündüz tərbiyyə edər"
*Oğluna qız alarkən və ya qızını
ərə verərkən çalış öz
qohumlarından olmasın, qızı
özgələrindən al, qohumu alsan
da almasan da onun əti ətindən,
qanı qanındandır. Başqa
qəbilədən al ki, həm sənin
qəbilən qohumluğunda qalsın,
həm də özgə bir qəbilə yeni
qohumun olsun, beləliklə , gücün
ikiqat artsın, köməyin iki
olsun.Gözəl kürəkən seç, qızını
kifir adama vermə. Adaxlı
gözəlüz, əlidüz, təsərrüfatdan
başıçıxan olmalıdır. Bilməlisən ki,
o qızının xərcini haradan və
hansı yolla ələ gətirir. Lakin,
kürəkən həm dövlətdə, həm
şöhrətdə səndən aşağı olmalıdır
ki, o səninlə fəxr etsin, sən
onunla yox. belə olduqda qızın
da rahat yaşayar.
*Ey oğul, bil, insan nə qədər
sağdır, onun dosta ehtiyacı var.
Tez-tez dost dəyişdirməyi adət
etmə. Namərdlə dostluq etmə,
Badə dostlarını dost hesab etmə,
çünki onlar qədəhi dost tuturlar,
səni yox.
*Mümkün qədər çalış özünə
düşmən qazanma. Lakin
düşmənin olsa ,kədərlənmə,
ondan da qorxma.Hər kəsi öz
yerində oturtmağı bacar.Öz
qədrini bilməyən adamın
mərdliyində nöqsan var.

[cavab]

pol odinocka 14 Fev 2013 / 03:22
Düz sözlər yazmısiz sag olun.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1617 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az