UREYIM AGRIDI
Habil
14 Fev 2013 / 01:37
Ürəyim eşqimdir eşq ürəyimdir,
Qıyma öz əlimlə didim eşqimi.
Göydən enmiş mələklərin
diliylə,
Bu gecə Tanrıya dedim eşqimi.
Səni xatırlayıb bil düşünərkən,
Nəfəs lmağı da unuduram mən.
Arzum Tanrıdandı xahişim
səndən,
Qoyma tərk eləyib gedim
eşqimi.
Nə üçün kəsildin eşqimə qənim,
Öyrətdin əl açıb sənə dilənim,
Ürəyin məzarım eşqin kəfənim,
Kəfənsiz dəfn etmə yetim
eşqimi.
2
Sevgimin şəriki olmayan gözəl,
Səninlə dərdimi bölməyə
gəldim.
Əlvida sözünü deyib sonra da,
Saçına nərgizlər hörməyə
gəldim.
Vüsalın köçkünüm, hicran
məskənim,
Qismətim olubur ayrılıq mənim,
Bir zaman üzündən öpərdim
sənin,
İndisə gözündən öpməyə
gəldim.
Sevgindən olmuşam ürəyi
xəstə,
Əzrayıl dayanıb başımın üstə,
Sürünə-sürünə bu son nəfəsdə,
Sənin qucağında ölməyə
gəldim.
[cavab]
ARDIMINUS
14 Fev 2013 / 01:40
movzu tekrardi
tarla.az/forum.php?type=movzu&id=72455
[cavab]
Mövzu bağlıdır
Bölmeye qayıt
0.1527 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az