BAXIN MOVZUYA

pol Habil 14 Fev 2013 / 01:19
Qədim zamanlarda bir birilərini
dəli kimi sevən 2 sevgili
varmış.Bunlar hər zaman
deyərmişlər gülərmişlər. Zaman
keçir və bunlar artıq yavaş-yavaş
evlənmək barəsində düşünməyə
başlayırlar. Amma ondan qabaq
hələ oğlanın 5 il müddətinə
xaricə getmək məsələsi ortaya
çıxır. Oğlan fikirləşir, fikirləşir,
axırı sevgilisi ilə görüşür və ona
bu sözləri deyir:
'Sevgilim, 5 il bilirsən ki az
müddət deyil.Çox şey ola bilər 5
ilə. Bilmirəm, bəlkə sən mənə olan
sevgindən vaz geçəcəksən, bəlkə
də mən, bəlkə də hər ikimiz.
Bəlkə də zaman və məsafə bizim
sevgimizə heç təsir etməyəcək,
bilmək olmaz.' Bu an qız oğlanın
sözünü kəsərək 'Mən səni
ömrümün sonunadək sevəcəm'-
deyir.Oğlan cavabında 'Gülüm,
heç kəs 1 il və ya 5 il sonra nə
olacağını əvvəlcədən deyə bilməz.
Sən deyirsən 5 il də keçsə
sevərəm səni görmədən. Bu,
sadəcə olaraq sənin indi üçün
olan fikrindi.Mən də indi elə
fikirləşirəm, ama həqiqətən də 5
ilə sevgi qalarmı bir birimizi
görməsək, onu nə yazıq ki heç
birimiz deyə bilmərik. İndi mən
sənə söz verim ki 5 il sonra mən
yenə də səni sevəcəm və biz
evlənəcəyik. Sən də evdəcə otur
məni gözlə, hamı da sənin
sevgilin olduğunu bilib sənə elçi
gəlməsin. Mənimsə 5 il sonra
tutalım sənə olan hisslərim bitdi
və aydındır ki onda biz
evlənməyəcəyik... Onda mənə
deməzsən ki, bunu o vaxtdan
deyərdin də mənə?!! Ona görə də
sənin ömrünün 5 ilini deyil yalnız
1cə ilini daha istəyirəm. 1cə il
məndən cavab gözlə,mən əgər
görsəm ki 1 ilə sənə olan sevgim
dəyişmir.Onda 5 il ərzində
özümdən arxayın olaram ki səni
həmişəlik sevəcəm. Hə,deməli
belə, mən düz 1 il sonra sənə
böyük bir buketdə gül
göndərəcəm. Bütün gülləri
sayarsan,əgər güllərin sayı 100
olsa 'məni 4 il də gözlə, sən
mənimsən yenə də' anlamını
verəcək 100 gül. Ama əgər 1cə
dənə olsun gül əksik olursa,
məsələn, 99 olsa o deməkdir ki
artıq mənim sənə olan sevgim
bitibdir,gözləmə artıq,öz həyatını
qur...' Oğlan bu sözləri deyir və
qızın alnından öpüb yola düşür...
Beləcə oğlan gedir
əsgərliyə,yavaş-yavaş əsgərliyini
çəkir və 1 il gəlib keçir. Oğlan söz
verdiyi kimi qıza bir buket gül və
içində də bir kağız
göndərir.Buket qıza çatdırılır.
Qızın az qalır ürəyi partlaya o an.
Fikri təbii ki o güllərin sayında
olur,tez elə bayırdaca yolun
ortasında başlıyır gülləri
saymağa.İ lk dəfə sayır ürəyinə
həmən iynələr batır,çünki ilk
saydığında 99 dənə sayır. Özünü
topluyub rahatlaşıb bir daha sayır
ki bəlkə həyəcandan səhv
saya.Oturub yerə rahat-rahat
yenə başlayır saymağa. Ama nə
yazıq ki sayı yenə 99 dənə eləyir.
Beləcə qız dəfələrlə
sayır,başqalarına da saydırır,ama
sayı yenə 99
olur.Nəhayət,vəziyyəti anlayır və
özünü yerə çırparaq ağlamağa
başlıyır.Sora təxmini 1 ay sonra
özünə gəlir... Olanlardan xəbər
tutmuş bunu sevən başqa oğlan
buna elçi gəlir.Elə onunlaca
evlənməyə razılıq verir.Və beləcə
də oğlanı ürəyində o biri oğlanla
reallıqda isə bu oğlanla yaşamağa
başlayır.Bu axınla 4 il də keçir,və
5 il necə deyərlər .ARDI VAR

[cavab]

pol Naza 14 Fev 2013 / 01:28
sagolun yazdigiviza gore.mence ardinda 100cu gul qiz ozu olur
red. Naza (14.02 /01:29)

[cavab]

pol Habil 14 Fev 2013 / 01:29
2hisegəlib keçmiş
olur.Oğlan ilk olaraq qızın
axtarışlarına başlayır.Qızı tapır,və
qız ondan niyə gəldiyini soruşur.
Oğlanınsa hələ xəbəri yoxdu ki
bu artıq evlidi.Oğlan deyir necə
yəni sevgilim,bu nə deməkdi ki
niyə gəlmisən.Bunu demişdi ki o
tərəfdən 3 yaşında bir oğlan bu
qıza səslənib 'ana,acam' deyir...Bu
an oğlanın sanki ürəyinə iynələr
sancılır,vəziyəti dərhal anlayır.V ə
sanır ki sadece olaraq qız bunu 5
il gözləmək istəməyib,sevməyib
bunu, başqasını sevib evlənib.
Oğlan üzünü çevirib oranı tərk
etmək qərarına gəlir.
Amma sonra ürəyi dözmür və 1cə
dənə sual verir ki 'Nə zaman
unutdun məni?' Qız ağlayaraq
deyir ki 'Sən heç nə dediyini
bilirsən?Sən deyildin mənə 99 gül
göndərən,insafsız,indi də gəlib
özünü bilməməzliyə qoyursan?!!'
Oğlan bir anlıq
susur,fikirləşir.Sonra hər şeyin
niyə belə olduğunu başa düşür.
Qıza deyir: 'Sən niyə o kağızı açıb
oxumadın axı!' deyir və özünü
saxlaya bilmir ürəyinin
ağlamasını gözlərində də
göstərir. Qız isə tez içəri qaçır,bu
müddət ərzində qoruyub
saxladığı o gül buketini açır və
içindən həmən oğlan deyən
kağızı tapır. Kağızda yazılanı
oxuyur : 'Bir an belə fikrimdən
çıxmayan sevgilim, söz verdiyim
kimi gülləri göndərdim.Say
bunları, bircə şeyi unutma ki
100cü gül dünyadakı güllərin ən
gözəli,ən təravətlisi olan elə Sən
özünsən...'
Bu an sanki bütün dünya qızın
başına yıxılır, heç nəyin geri
qayıda bilməyəcəyini anlayıb bu
əzabdan qurtarmağın yolunu
bircə özünə qıymaqda görür.
Əlinə bıçaq alıb özünə batırmaq
istəyəndə birdən çöldən qışqırıq
səsləri gəlir:'Burda biri özünü
öldürüb ay millət'.Qız bunun kim
ola biləcəyini dərhal anlayıb tez
bayıra qaçır... Ama nə yazıq ki
artıq gecdi, oğlan artıq sevən
ürəyinə mismar sancmışdı. Bu an
qız da tez o mismarı çıxardıb
özünə sancmaq istəyəndə oğlu
gəlib anasını qucaqlayaraq 'etmə
ana' deyir.Anası sevgilisinin adını
vermiş oğlunun bu hərəkətinə
görə mismarı əli gəlmir ürəyinə
batırsın. Götürüb gözlərinə
batırar ve iki sevgili bir qaranliq torpaqda biri ise gozleri kor ve son imza: Habil.13.02.2013

[cavab]

pol Gozel_giz 14 Fev 2013 / 01:31
Hanı ardı?

[cavab]

pol Golf 14 Fev 2013 / 01:32
4cu defedi tekrar acilir ama menim xosum gelir diye bu hekayeden hami bunu yazir:)

[cavab]

pol Habil 14 Fev 2013 / 01:32
Gozel_giz, budu

[cavab]

pol Habil 14 Fev 2013 / 01:33
Golf, harada yazilib

[cavab]

pol Golf 14 Fev 2013 / 02:03
Habil, Burda forumda.1ciMaqnuM,2ci AsKoLiK,3cu DAGLI,4cu sen..ama superdi

[cavab]

pol hum@y 14 Fev 2013 / 16:10
ela movzuyudu.ALLAH esker yolu gozliyenleri xow sonluqla qarwilawdirsin.sevenleri qovuwdursun

[cavab]

pol ejla 14 Fev 2013 / 16:17
hum@y. amiiiin canim

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1577 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az