ureyim ewqimdir.ewq ureyimdir..

pol Boss555 14 Fev 2013 / 01:01
Ürəyim eşqimdir eşq ürəyimdir,
Qıyma öz əlimlə didim eşqimi.
Göydən enmiş mələklərin diliylə,
Bu gecə Tanrıya dedim eşqimi.

Səni xatırlayıb bil düşünərkən,
Nəfəs lmağı da unuduram mən.
Arzum Tanrıdandı xahişim səndən,
Qoyma tərk eləyib gedim eşqimi.

Nə üçün kəsildin eşqimə qənim,
Öyrətdin əl açıb sənə dilənim,
Ürəyin məzarım eşqin kəfənim,
Kəfənsiz dəfn etmə yetim eşqimi.


Sevgimin şəriki olmayan gözəl,
Səninlə dərdimi bölməyə gəldim.
Əlvida sözünü deyib sonra da,
Saçına nərgizlər hörməyə gəldim.

Vüsalın köçkünüm, hicran məskənim,
Qismətim olubur ayrılıq mənim,
Bir zaman üzündən öpərdim sənin,
İndisə gözündən öpməyə gəldim.

Sevgindən olmuşam ürəyi xəstə,
Əzrayıl dayanıb başımın üstə,
Sürünə-sürünə bu son nəfəsdə,
Sənin qucağında ölməyə gəldim.

[cavab]

pol Boss555 14 Fev 2013 / 01:04
Məni məhv etməyə bir sözün yetər,
Vurmağa gərək yox,oxla qəlbimi.
Qəlbim ətir saçan sevgi gülüdür,
Gecikmə solmamış,qoxla qəlbimi.

Öpüb qoy gözünə,bu bir ürəkdir,
Suçsuz,günahsızdır,sanki mələkdir,
Gəl dəymə xətrinə yaman kövrəkdir,
Körpə bir uşaq tək,saxla qəlbimi.


Nə var ki,dünyada ölümdən asan,
Varikən sənsizlik,ayrılıq,hicran,
Qoyma ki,darıxa sənsiz bircə an,
Hər gecə röyanda,yoxla qəlbimi.

[cavab]

pol ________ 14 Fev 2013 / 01:04
Bitanem kimin ucun yazmisan bunu?

[cavab]

pol @ahu@ 14 Fev 2013 / 01:16
Twk yazan eleri yorulmasin

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1818 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az