Mənim göz yaşımı görməyəcəksən!
*_FoReVeR_*
13 Fev 2013 / 22:48
Bu eşqin yasını saxlayacağam,
Sən gedən yollara baxmayacağam.
Ağlasam, gizlicə ağlayacağam,
Mənim göz yaşımı görməyəcəksən.
Tale oyunlara atacaq səni
Fəryadın göylərə çatacaq sənin.
Günahın gözünü tutacaq sənin,
Mənim göz yaşımı görməyəcəksən.
O gülən şəklinə baxıb ağlasam,
Gözümə bir eynək taxıb, ağlasam.
Üzümü ovcuma sıxıb ağlasam,
Mənim göz yaşımı görməyəcəksən.
Sən elə bilmə ki, qəmdən uzaqsan,
Bir yağış altında sönən ocaqsan.
Üzümə baxmağa utanacaqsan,
Mənim göz yaşımı görməyəcəksən!
[cavab]
Miran
13 Fev 2013 / 22:58
Salam.ela seirdi.
[cavab]
ejla
13 Fev 2013 / 23:00
Super.
ozunuz yazirsiz bunlari?
[cavab]
*_FoReVeR_*
13 Fev 2013 / 23:03
ejla, bura ozum yaziram yazdiqim cox werin Muellifi bawqa ve bir adamdir
[cavab]
Juliet
13 Fev 2013 / 23:03
cox qewengdi
[cavab]
ejla
13 Fev 2013 / 23:16
forever. ok..
coox super yazir o kimdise:)
[cavab]
Shokochka
13 Fev 2013 / 23:41
beli elegore bilme, hesret qal menim gozyaslarima 
caamat,gozelliye ,gulushe hester qalir bu da goz yashlarina
[cavab]
Bölmeye qayıt