Səndən xəbərsiz

pol *_FoReVeR_* 13 Fev 2013 / 21:30
Səni sevdim, səndən xəbərsiz
Eşqimin şahidi sahil, dəniz
Sənli xatirələrim kövrək, əziz
... Mən səndən xəbərsiz, sən məndən xəbərsiz



Sənə çox baxmışam oğrun-oğrun
Axşamlar dərsdən qayıdanda biz
İndi ruhum uçur sənə doğru
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz



İlk görüş yerimizə gəlmişəm
Səninlə birlikdəyəm, səndən xəbərsiz
Bilsəydin elə sənsizləmişəm, elə qəribsəmişəm
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz



Sən gələn yollara dikilib gözüm
Danışmayır dilim, gülməyir üzüm
Daha hicranına qalmayıb dözüm
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz



Keçməyib sevgim qəmsiz, kədərsiz
Qayıt ömrümə səssiz-səmirsiz
Ağarıb saçlarım vaxtsız-vədəsız
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz



Gözümdə qaldı arzum, diləyim
Fikirdən ağrı tapdı ürəyim
Xəyala dönüb səni görməyim
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz



Ömründən getməyim deyildi səbəbsiz
Nakam sevgi, ayrılıq, həsrət qismətimiz
Yadında qaldım ürəksiz, qəlbsiz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz



Üzüm heç gülərmi sənsəz
A ürəyi aydan təmiz
Bir ömür yaşayıram sənli-sənsiz
Mən səndən xəbərsiz, sən məndən xəbərsəz



Sevginin yoxluğundan pozuldu əhdimiz
Yoxsa gözə gəldi sevgimiz
Görəsən səmalarda qovuşacağıq biz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz



Qumlu sahillər darıxır mənsiz
Nəfəsimin həsrətindən üşüyür dəniz
İnciyib məndən lalə, bənövşə, nərgiz
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz



Gülüm o çağlar yada düşdü
Həsrətin yamanca üşütdü
Günlərimiz bax beləcə ötüşdü
Mən səndən xəbərsiz, sən məndən xəbərsiz

Muellif men deyilem.

[cavab]

pol Shokochka 13 Fev 2013 / 21:33
shere sherle cavab vermek lazimdi,

***************************
Sagliqlar deyildi chigir-bagirla,
Ushuyen qelbine giren oldumu?
Gozunden qelbine dushen cigirla
Axan goz yashini goren oldumu?

Sagliqlar uzandi… sehere kimi
Calib-oynadilar, kef eylediler.
Cirpib pillelere son umidini
“Vagzali” ustunde defn eylediler.

Son umid! O menim gereyim idi…
Yoluna sham tutdu nece qiz-gelin.
Sham deyil. O menim ureyim idi;
Son defe yanirdi yolunda senin.

Getdin…o kohne yol nur yolu idi,
Izin dushen yerde gul acmadi ki?!
Ozgeyle kecirdin o yolu indi,
Ayagin altindan yer qacmadi ki?!

Bu yollar ne yaman vefasiz imish,
Niye ciliklenib tokulmediler.
Dushub qedemine her yoxush, enish
Niye ureyime cekilmediler…?!

Bashina gul-cicek sepdiler o gun,
Alishan qelbine su sepmediler.
“Get” deyib alnindan opduler o gun
Siniq taleyini duzeltmediler…?!

Guldun…
Gulushunun omru cox qisa.
Bir hesret axirdi qanindan senin.
Orda butun yerler tutulmushdusa
Yerim gorunurdu yaninda senin.

Dunen toyun idi…
Xoshbext olasan!
Gorunur bu bize qismet deyilmish
Unut!
Ele bil ki,
Sevdiyin oglan
Getdiyin oglanmish,
Nusret deyilmish…!

[cavab]

pol Bykrasavcik 13 Fev 2013 / 21:34
Zehmet cekim qoymusan emeye twk

[cavab]

pol *_FoReVeR_* 13 Fev 2013 / 21:35
twkler:)

[cavab]

pol *_FoReVeR_* 13 Fev 2013 / 21:36
Shokochka,

[cavab]

pol Shokochka 13 Fev 2013 / 21:38
*_FoReVeR_*, muellif men deyilem haaa,Nusret kesemnlinin seridi,,cox sevdiyim bir shairdi,

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1292 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az