14 fevral sevgililer gunu

pol Habil 12 Fev 2013 / 23:25
Səni təxmin edəcəyin qədər
deyil, dözüm edə bilməyəcəyin
qədər çox sevirəm. Sənə
"Sevgilim!" deyə bildiyim üçün
özümü çox şanslı
görürəm.Sevgililər günün
mübarək!
♥ Gözlərin gözlərimdə, əllərin
əllərimdə, eşqin içimdə və
ruhun bədənimdə olduğu
müddətcə səni sevməyə davam
edəcəyəm. Sevgililər gününü
təbrik edirəm canım mənim
♥Bilirsən hər göyqurşağının
bitdiyi yerdə bir xəzinə
saxlanarmış. Atalarımız belə
deyərdi. Göyqurşağını izlədim
bu yaxınlarda səndə bitdi... Ən
qiymətli xəzinəmsən mənim,
canımsan. Sevgililər günümüz
mübarək.
♥ Kometalar vardır, dünyaya
yetmiş ildə bir gəlirlər. İnsanlar
onu həyatı boyunca bəlkə bir
dəfə görərlər. Mən o ulduzu
gördüm, o da sənsən bidənəm.
Sevgililər günün mübarək!
♥ Ayrılıq kiçik sevgiləri öldürər
amma böyük sevgiləri
gücləndirər. Eynilə küləyin şamı
söndürüb yanğını gücləndirdiyi
kimi... Bizim də sevgimiz
həmişə yaşayacaq və daha da
güclənəcək sevgilim. Nəçə belə
sevgililər günlərində birlikdə
olmaq diləyiylə...
♥ Sən dünyaya sürgün bir
mələksən və mən səni o qədər
çox sevəcəyə(m ki bir daha
cənnətinə geri dönmək
istəməyəcəksən... Sevgililər
günün mübarək!
♥ @--)--) sənə dijital bir gül
göndərirəm, çünki uzaqlarda
əlimdən ancaq bu qədəri gəlir.
Amma bil ki gerçəyini,
gözlərinin içinə baxaraq
vermək istəyərdim. Və səni
sevdiyimi pıçıldamaq.. Sevgililər
günümüz mübarək! Səni
dənizdəki qumlar, göydəki
ulduzlar qədər çox sevirəm.
♥ Doğan hər günün səhərində
içimdə gözlərini görə bilmək
eşqi olmasa, inan heç bir şeyə
dəyməzdi yaşamaq. Sevgililər
günün mübarək!
♥ Bir qurtum sevgi böyük bir
okeana əvəzdir. İndi uzaqlarda
sənin bir qurtum sevginə
həsrətəm sevgilim. Səni
həsrətimi istehlak edərcəsinə
qucaqlayıram.
♥ Sənə ulduzlar qədər yaxın
olmaq istəyərdim hər
baxdığında məni görə bilməyin
üçün, sənə buludlar qədər yaxın
olmaq istəyərdim
kədərləndiyində gözyaşlarını
yağış olub silə bilmək üçün,
sənə sən qədər yaxın olmaq
istəyərdim ki məni, səni
sevdiyim qədər sevə bilməyin
üçün. Sevgililər günün mebarək
birdənəm.
♥ Səni dənizdəki qumlar,
göydəki ulduzlar, meşədəki
ağaclar, dünyadakı insanlar,
okeandakı sular və günəşin
işıqlarından daha çox sevirəm.
Sevgililər günün mübarək!
♥ Buludlara yüklədim həsrətimi,
küləklərlə göndərdim sevgimi,
yağışlar yağdırdım
gözyaşlarımla kiçik mələklər
göndərdim səni öpməyə!
Sevgililər günün mübarək
Sevgilim!
♥ Bir quş olub getsəm, aşsam
bu ənginləri, varsam sənin
yanına. Öpsəm doyana
qədər,qoxlasam səni, ən böyük
hədiyyə odur mənə. Sevgililər
günün mübarək!
♥ Gecə bir başqa geyər
qarasını, ulduzlar daha bir
sönük olar və həyat daha bir
namərd oynayar oyununu sən
yanımda yoxsansa əgər. Ağ bir
göyərçin göndərirəm sənə;
qanadlarında xoşbəxtlik,
ürəyində sevgi və sədaqət,
karbeyaz tüklərində ümid və
dimdiyində yaxşı gecələr öpüşü,
uzat yanağını . Muuckk!!!
Др

[cavab]

pol ceko 12 Fev 2013 / 23:39
mende bütün xanimlari ve xüsusi ile burda olan bütün xanimlari ürekden tebirik edirem

[cavab]

pol YARASA-2 12 Fev 2013 / 23:43
Butun xanimlari ve xüsusi
ile burda olan bütün xanimlari
ürekden tebirik edirem
red. YARASA-2 (12.02 /23:43)

[cavab]

pol Boncuq 12 Fev 2013 / 23:45
Habil, cox gozel yazdin dosi.

[cavab]

pol Boncuq 12 Fev 2013 / 23:46
ceko, cox sagolun sizide tebrik edirem

[cavab]

pol Esger_Balan 12 Fev 2013 / 23:46
uydaaa

[cavab]

pol EMIN98 12 Fev 2013 / 23:46
Hmmmmm

[cavab]

pol Boncuq 12 Fev 2013 / 23:47
YARASA-2, twkurler sizide tebrik edirem

[cavab]

pol EMIN98 12 Fev 2013 / 23:48
Yaxşıdı.

[cavab]

pol Habil 12 Fev 2013 / 23:53
haminiza twk

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1997 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az