hekaye 10 ( Geniuss )

pol Geniuss 12 Fev 2013 / 12:00
Həzrəti Fatimə (ə) İslam Peyğəmbərinin (s) dördüncü və ən kiçik qızı idi.Tahirə, Zəkiyyə, Raziyyə, Zəhra, Bətul və s. kimi məşhur ləqəblərlə adlandırılıb.Allahu Təalanın onu və aşiqlərini cəhənnəm atəşindən qoruyacağına görə Fatimə adlandırılıb.Erkən yaşlarından anasını itirən Həzrəti Fatimə (ə) peyğəmbərlik vəzifəsini yerinə yetirən atasının mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olub.Atasına sədaqətli və əsl ana qayğısı göstərdiyinə görə Ummu Əbiha, yəni atasının anası adlandırılıb.Peyğəmbərin (s) kiçik qızı Fatiməyə (ə) olan məhəbbəti hələ də bəşəriyyəti heyrətə salıb.Qadına vəhşi münasibətin hakimlik elədiyi bir dövrdə İslam Peyğəmbərinin (s) Fatiməyə olan sevgisi həm qadına verilən əhəmiyyətdən, həm də atanın övladına olan heyrətamiz bir məhəbbətindən xəbər verirdi. Peyğəmbər (s) belə buyururdu; “Fatimə bədənimin bir parçasıdır. Ona əziyyət verən mənə əziyyət verir.” Fatimə (ə) İslam peyğəmbərinin əmisi oğlu,həm də 1-ci imamımız olan Əmirəl-möminin Əli (ə) ilə bir yerdə, İslam Peyğəmbərinin (s)
himayəsi altında misli-bərabəri olmayan tərbiyə şəraitində böyüyüblər və Allahın razılğilə bəşəriyyətə nümunə olan ailə qurublar.Kasıb həyat tərzinə baxmayaraq onlar bir-birinə qarşı səmimi və mehriban həyat yoldaşları olublar. Ən çətin vəziyyətdə də Fatimə Əlidən (ə) nə isə tələb etmirdi və onu əziyyətə salmaq istəmirdi.Fatimə (ə) o qədər gözəl həyat yoldaşı olub ki, Həzrət Əli (ə) onun barəsində belə söyləyirdi; “Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir.”

Fatimə (ə) əslində İslamın əvvəlcədən nəzərdə tutduğu qadın idi. Həzrəti Fatimə (ə) ataya necə qiz olmalı? Ərə necə həyat yoldaşı olmalı? Övladlara necə ana olmalı? Cəmiyyətdə necə qadın olmalı? – və s. kimi belə sualların cavabı idi.Həzrəti Fatimənin (ə) istər ata evində, istərsə də ər evində dəbdəbəsiz həyatı, cehizinin bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətfə, bir taxt, iki ədəd döşək,dörd balış, bir pərdə, bir həsir, bir əl daşı dəyirmanı, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə,iki gümüş qolbaq bir mis qabdan ibarət olması müsəlman qadının sadə həyat tərzi yaşamasına dəlalət edir. İslam Peyğəmbəri (s) soruşanda “qadın nədir?” Dedilər; “Qadın namusdur.Soruşanda “Qadın nə vaxt Allaha yaxın olur?” Bu suala cavab verə bilmədilər.Bu sualı eşidən Fatimə (ə) buyurdu; “qadının Allaha ən yaxın olan vaxtı evində olan vaxtıdır.”Cavabı eşidən Peyğəmbər (s) buyurdu; “Həqiqətəndə Fatimə bədənimin bir parçasıdır.”


hekaye 9 ( Geniuss ) daxil ol

[cavab]

pol Vasif 12 Fev 2013 / 12:07
Yaxşi

[cavab]

pol *_Vehwi_* 12 Fev 2013 / 12:08
Super

[cavab]

pol MaqnuM 12 Fev 2013 / 12:12
Ellerine sagliq, super idi

[cavab]

pol By_Fresh 12 Fev 2013 / 12:33
Allah razi olsun!

[cavab]

pol FERMER_97 12 Fev 2013 / 13:46
super...

[cavab]

pol odinocka 12 Fev 2013 / 13:57
bele mövzular tez-tez olsun teşekkür.

[cavab]

pol @ahu@ 12 Fev 2013 / 14:54
Twk bele movzu yazdiginiz ucun Allah razı olsun

[cavab]

pol Geniuss 12 Fev 2013 / 15:14
haminiza twk.

[cavab]

pol Geniuss 12 Fev 2013 / 15:15
odinocka, twk. Her gun 2 movzu acacam.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1998 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az