hekaye 6 ( Geniuss )

pol Geniuss 10 Fev 2013 / 12:36
Qəlbimdə belə bir sual qarşıya çıxdı! İlahi görəsən bizləri niyə xəlq etmisən? Buyurdu: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" (Zariyat 56)
Dedim: İlahi çox naümidəm!
Buyurdu: "Ey Mənim (günah
törətməklə) özlərinə zülm etməkdə
həddi aşmış bəndələrim! Allahın
rəhmindən ümidsiz olmayın. Allah
(tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O
bağışlayandır, rəhm edəndir!
(Zümər surəsi 53)
Dedim: İlahi! Heç kəs bilmir ki,
mənim qəlbimdən nələr keçir?
Buyurdu: “Bilin ki, Allah insanla
onun qəlbi arasına girər (insanın
bütün varlığına hakim olar; Allah
ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun
əlindədir) və siz axırda Onun
hüzuruna cəm ediləcəksiniz!” (Ənfal
surəsi 24)
Dedim: İlahi! Səndən başqa heç
kimim yoxdur!
Buyurdu: “And olsun ki, insanı Biz
yaratdıq və nəfsinin ona nə vəsvəsə
etdiyini də Biz bilirik. Biz ona şah
damarından da yaxınıq!” (Qaf surəsi, 16)
Dedim: İlahi! Sanki məni
unutmusunuz?
Buyurdu: “Siz Məni yad edin ki, Mən
də sizi yad edim! Mənə şükür edin,
Məni inkar etməyin!” (Bəqərə surəsi,
152)
Dedim: İlahi! Nə vaxta kimi belə
olacam?
Buyurdu: “Onu ancaq Allah bilər!"
Nə bilirsən, bəlkə də, o saat
(qiyamət) yaxındır).” (Əhzab surəsi 63)
Dedim: İlahi! Sən əzəmətlisən ona
görə də sənə yaxındır, amma mən
kiçiyəm mənə görə uzaqdır. Bəs mən nə edim?
Buyurdu: “Sənə nə vəhy gəlirsə,
ona tabe ol. Allah hökm (zəfər hökmünü) verənə qədər səbir et. O,
hökm verənlərin ən
yaxşısıdır!” (Yunus surəsi 109)
Dedim: İlahi! Sən çox sakitsən! Sən
Pərvərdigarsan və aramsan, amma
mən kiçiyəm və narahatam. İlahi
işlərimi yoluna qoy!
Buyurdu: “Bəzən xoşlamadığınız bir
şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün
zərərli ola bilər.(Onu) Allah bilir, siz
bilməzsiniz.” (Bəqərə surəsi 216)
Dedim: İlahi! Sənin qüdrətsiz və zəif
bəndənəm, Öz mərhəmətindən
mənə də aid elə!
Buyurdu: “Allah insanlara qarşı,
əlbəttə, mehribandır,
mərhəmətlidir.” (Bəqərə surəsi 143)
Dedim: İlahi! Darıxıram. Qəlbim
sıxılır!
Buyurdu: "Allahın neməti və
mərhəməti ilə - ancaq onunla
sevinsinlər. Bu onların
yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!" (Yunis
surəsi 58)
Dedim: İlahi! Sənə təvəkkül edirəm!
Buyurdu: “Həqiqətən Allah (Ona)
təvəkkül edənləri sevər!” ( Ali İmran surəsi 159)
Dedim: İlahi! Sənə şükür edirəm!
Buyurdu: “İnsanlardan eləsi də
vardır ki, Allaha şəklə ibadət edər.
Əgər ona bir xeyir toxunsa, (dini
barəsində) arxayın olar (islamdan
möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi
dəyişər (islamdan üz döndərib yenə
küfrə qayıdar). Beləsi dünyanı da
əldən verər, axirəti də. Açıq-aşkar
ziyan budur, bu!” (Həcc surəsi 11)
Dedim: İlahi! Mən çox tənhayam!
Buyurdu: “Mən yaxınam!” (Bəqərə
surəsi 186)
Dedim: İlahi! Sən həmişə mənə
yaxınsan, amma mən çox uzağam.
Ey kaş budan çox Sənə yaxın ola biləydim!
Bururdu: “Səhər-axşam yalvararaq,
qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və
qafillərdən olma!” (Əraf surəsi 205)
Dedim: Bu da qüdrət və istedad
istəyir.
Buyurdu: “Məgər Allahın sizi
(günahlarınızı) bağışlamağını
istəmirsiniz? Allah (bəndələrini)
bağışlayandır, rəhm edəndir!”
(Nur surəsi 22)
Dedim: İlahi! Həqiqətən çox
istəyirəm ki, məni bağışlayasan!
Buyurdu: “Rəbbinizdən
bağışlanmağınızı diləyin və Ona
tövbə edin. Həqiqətən, Rəbbim
(bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!" (Hud surəsi 90)
Dedim: İlahi! Bu qədər günahla nə
edə bilərəm?
Buyurdu: “Məgər onlar bilmirlər ki,
Allah qullarından tövbə qəbul edər,
sədəqə (zəkat) alar və Allah
tövbələri qəbul edəndir, rəhmlidir?!” (Tövbə surəsi 104)


hekaye 5 ( Geniuss ) daxil ol
red. Geniuss (11.02 /16:08)

[cavab]

pol Excellent 10 Fev 2013 / 15:16
Hasini oxudum. cox sagloun ki, bele gozel movzular acirsiz. ALLAH RAZI OLSUN... bele movzulariniz davamli olsun...

[cavab]

pol Geniuss 10 Fev 2013 / 16:32
Excellent, twk. Bildiyim qeder yazacam. Bu movzu uzun idi . Ama maksimun 5000 simvol olar diye az oldu.

[cavab]

pol OpucTaHT 10 Fev 2013 / 17:29
ALLAH bizlere hidayet versin (Amin)

[cavab]

pol EMIN98 10 Fev 2013 / 17:33
Oxudum çox gözel ve ibretamiz.

[cavab]

pol Geniuss 10 Fev 2013 / 19:35
haminiza twk.

[cavab]

pol A_ceyhun 11 Fev 2013 / 11:59
OpucTaHT, Amin

[cavab]

pol A_ceyhun 11 Fev 2013 / 12:00
Allah razi olsun sennen

[cavab]

pol Geniuss 11 Fev 2013 / 14:16
A_ceyhun, twk.

[cavab]

pol Bykrasavcik 11 Fev 2013 / 15:37
ALLAH RAZI OLSUN

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.2246 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az