hekaye 4 ( Geniuss )
Geniuss
9 Fev 2013 / 00:09
Bir gün sübh namazı vaxtı Həzrət Əli (ə.) məscidə gedərkən yolda bir ahıl kişiyə rast gəlir. Onun ağsaqqallığına hörmət edib, qarşısına keçmir və yavaş-yavaş ardınca gedir. Məscid qapısına çatanda yaşlı kişi məscidə girməyib, yoluna davam edir. Sonradan Həzrəti Əli onun xristian olduğunu başa düşür. Məscidə girəndə Peyğəmbəri (s.a.a.v.) rukuda görür. Günəşin çıxma vaxtı yaxınlaşmışdı. Həzrəti Əli (ə.) camaata qoşulub namaz qılır.Namazdan sonra səhabələr Peyğəmbərdən soruşurlar: "Ya Peyğəmbər! Birinci rukuda adətinizdən daha çox qaldınız. O qədər durdunuz ki, hətta günəşin doğmağına az qalmışdı. Lütf edib, səbəbini deyə bilərsinizmi?" Həzrəti Məhəmməd Peyğəmbərimiz (s.a.a.v.) : "Hər zaman olduğu kimi Səmi'allahülimən həmidəh deyib, rukudan qalxmaq istəyəndə, Cəbrayıl (ə.) peyda olub qanadı ilə kürəyimdən basıb, başı ilə başımı tutub qalxmağıma mane oldu. Bundan başqa hikmətinin nə olduğunu mən də bilmirəm" - buyurdu. O an Allah Təala Cəbrayıla (ə.) əmr edir ki, "Həbibimə yetiş, səbəbini bildir. Əshabına bu sirri açsın." O saat Hz.Cəbrayıl (ə.) Həbibullahın (s.a.a.v.) hüzuruna gəlib, xəbər verdi ki, "Ya Rəsulallah! Mübarək başınızı rukudan qaldırmaq istədiyiniz zaman Allah Təala mənə əmr etdi ki, yetiş, Həbibimi qoyma rukudan qalxsın. Mənim qulum Əli yolda bir ağsaqqalın saqqalına hörmət edib yavaş yeridiyi üçün camaat namazının savabından məhrum olur. Qalmasın. Həbibimə çatsın. Mən
də gəldim, Sultanımı rukuda tutdum, Əli (ə.) gəldi. Allah Təala məni sizi rukuda tutmağa göndərdiyi zaman, qardaşım İsrafili də günəşi tutmağa göndərdi ki, Hz.Əli sizə çatana qədər çıxmasın. Budur hikmət."...
red. Geniuss (09.02 /01:08)
[cavab]
tako
9 Fev 2013 / 00:32
superdi
[cavab]
mila99
9 Fev 2013 / 00:43
super
[cavab]
VoRZakONE
9 Fev 2013 / 04:37
Allah razi olsun
[cavab]
Geniuss
11 Fev 2013 / 05:04
haminiza twk.
[cavab]
A_ceyhun
11 Fev 2013 / 11:51
qardaw Allah razi olsun ele gozel movzudu ki inan oxuyanda ozumden asli olmayarag gozlerim doldu
[cavab]
Golf
25 İyun 2013 / 00:26
Tam basa dusmedim
[cavab]
Geniuss
25 İyun 2013 / 04:09
Golf, 1defeyle hec 1 movzunu bawa duwmek cetindi.
[cavab]
Golf
25 İyun 2013 / 04:34
Geniuss, hamsini oxudum 2 movzunu tam basa dusmedim.1i boyuk odunu kicik odunla yandirirlar o idi.biri bu.
[cavab]
Bölmeye qayıt
0.1418 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az