Google haqqinda eylenceli ve maraqli faktlar
Sade_Nick
7 Fev 2013 / 01:00
1 )Ən tək rəqəm hansıdı? - Google-dən çətin suallar soruşmaqdan çəkinməyin. Məsələn «What is the loneliest number» (ən tək ədəd hansıdı) yazdığınız zaman Google hesab maşını, sizə «1» cavabını verəcək.
2 )Askew - Google -də «Askew» ya da «tilt» sözlərini axtarışa verin, səhifənin bir az yana yatdığını hiss edəcəksiniz.
3 )Google Gravity- «Google Gravity» yazın və «Mən şanslıyam » düyməsinə basın. Səhifədəki bütün elementlərin yerin cazibə qüvvəsinə məğlub olduğunu, yerə düşdüyünü görəcəksiniz. İstəsəniz mause-siçanınız ilə bu söz-fiqur yığını ilə oynaya bilərsiniz.
4 )Recursion: "Özünü sonsuz olaraq təkrar etmə" mənasında olan bu sözü axtardığınız zaman, Google sizəeyni axtarışı etmənizi təklif edir.
5 )Chuck Norris hardadı?- «Where is Chuck Norris?» yazaraq axtarış etdiyiniz zaman sizi www.nochucknorris.comsaytına istiqamətləndirərək «Google Chuck Norrisi axtarmayacaq, çünki siz Chuck Norrisi tapa bilməzsiniz, o sizi tapar.» mesajı ilə qarşılaşacaqsınız.
6 )Və Son Olaraq, Googlenin xidmətlərindən biri olan Youtube'dən video izləyərkən irəli —geri — üst — alt düymələrini sürətli şəkildə basaraq ilan oyunu oynaya bilərsiniz…
P.S- Ən maraqlısı Google gravity-di =)
[cavab]
Real-ismail
7 Fev 2013 / 01:23
This is MirT
[cavab]
telimat
7 Fev 2013 / 01:54
yeri var
[cavab]
Ayan01
7 Fev 2013 / 02:38
This is funnuy
[cavab]
Bölmeye qayıt