hekaye 2 ( Geniuss )

pol Geniuss 6 Fev 2013 / 23:44
Yaşlı kişi öz 25 yaşlı oğlu ilə qatarın vaqonuna daxil olub yerlərini tutdular. Oglan pəncərə tərəfdə əyləşmişdi. Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədə bayıra çıxardı və birdən heyrətlə qışqırdı: Ata, görürsənmi, bütün ağaclar geriyə gedir! Yaşlı kişi cavabında gülümsədi. Cavan oğlanın yanında evli cütlük əyləşmişdi. Onlara 25 yaşlı oğlanın özünü
uşaq kimi aparması təəccüblü gəlmişdi. Oğlan qəfildən yenə də heyranlıqla qışqırdı: Ata, gölə bax, heyvanlara bax! Buludlar bizimlə birgə hərəkət edir! Cütlük oğlanın qəribə hərəkətlərini utanaraq müşahidə edirdi, atası isə oğlunun davranışında heç bir qəribəlik görmürdü. Yağış yağmağa başladı, damcılar oğlanın əllərinə düşdü. O, yenə də sevinclə gözlərini yumub qışqırdı: -Ata, yağış yağır! Görürsənmi, ata? Cütlük oğlana baxaraq lağ edir və öz aralarında bu oğlanın yaşına yanaşmayan şəkildə hərəkət etdiyini deyirdilər bir-birinə.Bir müddət keçdikdən sonra oğlana baxa-baxa gülməkdən özlərini saxlaya bilmirdilər. Bayaqdan oğlanın hərəkətlərini izləyən cütlük kişidən soruşdu: Siz niyə oğlunuzu hansısa bir klinikaya aparmırsınız? Kişi cavab verdi: Biz elə klinikadan gəlirik. Bu gün mənim oğlumun ömründə ilk dəfə gözləri görməyə başlayıb. Bunu eşidən cütlük yolun davamında başlarını aşağı salıb sakitcə oturdular.


Tebii ki əslində utanılacaq hərəkəti özlərinin etdiklərini anlayaraq... Başqa insanların işləri və hərəkətləri haqqında tam məlumatı olmadan onları qınamaq olmaz. Hər şeyi yalnız ALLAH bilir. Ona görə də — «Qınamayın ki, qınananlardan olmayasınız!»
red. Geniuss (06.02 /23:47)

[cavab]

pol @Fener@ 6 Fev 2013 / 23:51
Halaldi brat

[cavab]

pol *_ZaRaZa_* 7 Fev 2013 / 00:11

[cavab]

pol Shuvelanli 7 Fev 2013 / 00:19
halaldiyeeee duz deyirsen brat

[cavab]

pol Geniuss 7 Fev 2013 / 00:23
haminiza twk.

[cavab]

pol BALTAZAR 7 Fev 2013 / 00:27
sag ol qaqam, ellerin agri gormesin

[cavab]

pol Golf 7 Fev 2013 / 00:28
cox pis oldum.

[cavab]

pol WoRZaKoN 7 Fev 2013 / 00:56
super.

[cavab]

pol ejla 7 Fev 2013 / 01:04
eladi

[cavab]

pol Geniuss 7 Fev 2013 / 01:41
haminiza twk.

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1659 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az