Muqeddes Ramazan bayrami..
YalniZ
11 İyul 2012 / 10:25
Butun muselmanlar oxusun!
[cavab]
YalniZ
11 İyul 2012 / 10:31
Ramazan Qəməri aylardan
doqquzuncusunun adıdır. Bu ay
müsəlmanların oruc tutmaqla
mükəlləf olduqları, dinimizcə uca
və müqəddəs qəbul edilən bir
aydır. Ramazan, ərəbcə bir
sözdür. Bu mübarək aya
Ramazan adının verilməsindəki
hikmət belə ifadə olunmuşdur:
1- Yaz sonunda, payız
mövsümünün əvvəlində yağıb yer
üzünü tozdan təmizləyən yağış
mənasına "ramda" sözündən
alınmışdır.
Bu yağışın yer üzünü təmizlədiyi
kimi, Ramazan ayı da möminləri
günah çirklərindən təmizləyər.
Necə ki bir hədis-i şərifdə
Peyğəmbər Əfəndimiz (s.ə.s); Kim
inanaraq və alacağı savabı
Allahdan gözləyərək Ramazan
orucunu tutarsa, keçmiş
günahları bağışlanar" (Buxari,
Savm, VI) buyurmuşdur.
2- Günəşin şiddətli hərarətindən
daşların yanıb qızması mənasına
olan "ramad" sözündən
alınmışdır. Belə qızğın yerdə
gedənin ayaqları yanar, zəhmət
və məşəqqət çəkər. Bunun kimi
oruc tutan kimsə də aclıq və
susuzluğun hərarətinə dözər,
məşəqqət çəkər, içi yanar. İsti
torpaq orada gedənlərin
ayaqlarını yandırdığı kimi,
Ramazan da möminlərin
günahlarını yandırar, yox edər.
Ramazan ayına "on bir ayın
sultanı" deyilmişdir. Bu ayın
xüsusiyyətlərini belə sıralaya
bilərik:
1- Quran-ı Kərimdə adı açıq
olaraq keçən tək ay Ramazan
ayıdır. 2- Quran-ı Kərim bu ay
içərisində endirilmişdir. Uca
Rəbbimiz; Ramazan ayı elə bir
aydır ki, insanlara doğru yolu
göstərən, hidayəti və haqqı
batildən ayırmağı açıqlayan
Quran, bu ayda endirildi" (əl-
Bəqərə, 2/185) buyurmuşdur.
3- Quran-ı Kərimdə, "min aydan
daha xeyirli" olduğu ifadə olunan
Qədr gecəsi bu ay içərisindədir.
4- Dinimizin beş təməlindən biri
olan oruc ibadəti bu ayda
üzərimizə fərz qılınmışdır. Quran-
ı Kərimdə; "Sizdən kim bu aya
çatdırsa oruc tutsun" (əl-Bəqərə,
2/185) buyurular. Ramazan ayı
girincə şərtlərini daşıyan kəslərə
oruc fərz olar. Ramazarı ayının
girməsi iki vəziyyətdən biriylə
sabit olar: a- Ramazan
ayparasının görülməsiylə (Ru'yet-
i Aypara), b- Aypara hər hansı bir
səbəbdən ötəri görülə bilməzsə,
Şaban ayı otuza tamamlanaraq
Ramazan orucuna başlanar.
Peyğəmbər (s.ə.s) bu mövzuda
belə buyurmuşdur: "Ramazan
ayının ayparasını görüncə oruc
tutun (Şəvval ayının) ayparasını
görüncə iftar edin, oruc tutmağı
buraxın. Əgər göy üzü bağlıdırsa
Şaban ayının günlərini otuza
tamamlayın" (Buxari, Savm,
5,11).Davami....
[cavab]
YalniZ
11 İyul 2012 / 10:32
5- Fitrə sədəqəsi vermək bu aya
məxsus bir ibadətdir
6- Təravih namazı da bu aya
məxsus ibadətlərimizdəndir. Əbu
Hüreyrə (r.a)dan belə rəvayət
edilmişdir: "Rəsulullah (s.a.s)ın
Ramazan haqqında belə
buyurduğunu eşitdim: Kim
inanaraq və savabını ümid
edərək Allah razılığı üçün təravih
namazı etsə keçmiş günahları
bağışlanar" (Buxari, təravih, I)
7- İtikafa girmək: Ramazan ayının
son on günündə itikafa girmək
sünnədir. Peyğəmbər (s.ə.s)
Ramazanın son on günündə
daha çox ibadət və taətdə olardı.
Hz. Aişə anamızdan belə rəvayət
edilmişdir: "Rəsulullah (s.ə.s)
Ramazan ayının son on günü
girincə əlini ətəyini toplar, gecəni
canlandırar və ev xalqını
oyandırardı" (Buxari, Qədr, V)
Yenə Hz. Aişə (r.ə.) dan belə
rəvayət edilmişdir: Peyğəmbər
(s.ə.s) Ramazanın son on
günündə vəfatına qədər itikafa
girdi.
8- Ramazan ayında Quran-ı
Kərimi oxumaq, xeyr əməllər
etmək: İbn Abbas (r.ə.) dan belə
rəvayət edilmişdir: "Rəsulullah
(s.ə.s) insanların ən cömərdi idi.
Onun bu cömərdliyi Ramazan ayı
girib də özüylə Cəbrayıl (ə.s.)
qarşılaşdığı zaman daha da
artardı. Cəbrayıl (ə.s.) Ramazan
ayı çıxana qədər hər gecə
Rəsulullah (s.ə.s) ilə görüşüb,
Rəsulullah (s.ə.s) Quranı oxuyardı.
Rəsulullah (s.ə.s) Cəbrayıl (ə.s) ilə
görüşdüyündə insanlara rəhmət
gətirən küləkdən daha comərd,
daha faydalı olardı" (Buxari,
Savm, 7).
Hədis-i şərifdən Ramazan ayında
Quran-ı Kərimi xətm etmənin
(sona bitirməyin) sünnət olduğu
aydın olduğu kimi, gücü
çatanların çox sədəqə vermələri,
xeyr və gözəl əməldə olmaları da
savab olduğu aydın olmaqdadır.
Ənəs (r.a)dan rəvayət edildiyinə
görə Peyğəmbər (s.a.s) a; "Hansı
sədəqə daha fəzilətlidir?" deyə
soruşulunca, "Ramazan ayında
verilən sədəqə" buyurmuşdur
(Tirmizi, Zəkat, 28)
Ramazan ayı dinimizcə ən fəzilətli
və müqəddəs bir aydır. Bu
mövzuda Peyğəmbər Əfəndimiz
(s.a.s)dan bir sıra hədis-i şəriflər
rəvayət edilmişdir: Əbu Hureyre
(r.a)dan Rəsulullah (s.a.s)ın belə
buyurduğu rəvayət edilmişdir:
"Ramazan ayı girincə göylərin
qapısı (başqa bir rəvayətdə
Cənnətin qapıları) açılar,
Cəhənnəmin qapıları bağlanar,
şeytanlar zəncirə vurular"
(Buxari, Savm, V)
Cabir b. Abdullah Rəsulullah (s.a.s)
ın belə buyurduğunu rəvayət
etmişdir: "Ümmətimə Ramazan
ayında beş şey verilmişdir ki
bunlar məndən əvvəlki heç bir
peyğəmbərə verilməmişdir":
1- Ramazan ayının ilk gecəsi
olunca Allah Təala ümmətimə
(rəhmət baxışıyla) baxar. Allah
hər kimə (rəhmət baxışıyla)
baxsa ona əbədi olaraq əzab
etməz.
2- Gecə olduğu zaman ağızlarının
qoxusu Allah qatında müşk
qoxusundan daha gözəldir.
3- Mələklər hər gün və gecə
onlara istiğfar edərlər, Allahdan
bağışlanmalarını diləyərlər.
4- Allah Təala Cənnətinə əmr
edib; "Qullarım üçün hazırlanıb
bəzən. Onların dünya
məşəqqətlərindən xilas olub,
mənim yurduma və lütfkarlığıma
istirahət üçün gəlmələri
yaxınlaşdı" buyurar. Ubade b. əs-
Samit (r.a)dan: Rəsulullah (s.ə.s)
Ramazan ayının yeni girdiyi bir
gün belə buyurdu: "Sizə bərəkət
ayı Ramazan gəldi. Bu ayda Allah
sizi əhatə edib rəhmətini endirər.
Günahları bağışlayıb, duaları
qəbul edər.
Allah bu ayda sizin xeyr
barəsində yarışmanıza baxar və
sizinlə mələklərinə qarşı fəxr
edər. Allaha xeyr əməllər təqdim
edin. Beləki, günahkar, bu ayda
Allahın rəhmətindən məhrum
olan kimsədir" (Tabəranidən
canlı ət-Tergib, II, 99)
İbn Hüzeymenin nəql etdiyinə
görə Səlman (r.ə) belə izah
etmişdir; Rəsulullah (s.ə.s) bir
Şaban ayının son günündə bizə
belə xitab etdi: "Ey insanlar! Uca
və mübarək bir ayın kölgəsi
üzərinizə düşdü. O ayda bir gecə
vardır ki min aydan daha
xeyirlidir. Allah o ayda oruc
tutmağı fərz etdi. Gecə ibadət
etməyi (təravih) etməyi nafilə etdi
(fərz olmayan ibadətlər).
O ayda bir xeyr işləyən kimsə
digər aylarda bir fərz işləmiş kimi
olar. O ayda bir fərz işləyən isə
digər aylarda yetmiş fərz işləyən
kimidir. O, səbr ayıdır, səbrin
qarşılığı isə Cənnətdir.
O, köməkləşmə ayıdır. O ayda
möminin ruzisi bollaşdırılar. O
ayda kim bir oruclunu iftar
etdirsə bu, günahlarının
bağışlanmasına və Cəhənnəmdən
xilas olmasına səbəb olar. Eyni
zamanda oruclunun savabı qədər
savab verilər.
Oruclunun savabından da bir şey
əskik olmaz. " Səhabələr; "Ya
Rəsulullah! Hamımız oruclunu
iftar etdirəcək bir şey tapa
bilmirik" dəyincə Rəsulullah (s.ə.s)
: Allah bu savabı oruclunu quru
bir xurma ilə və ya bir qurtum su
ilə ya da bir qurtum süd ilə iftar
etdirənə də verər.
O elə bir aydır ki; əvvəli rəhmət,
ortası bağışlama və sonu da
Cəhənnəm atəşindən
qurtuluşdur. O ayda kölə və
xidmətçilərinin yükünü
yüngülləşdirən kimsəni Allah
bağışlayar və Cəhənnəm
atəşindən qurtarar.VE SOON...
[cavab]
YalniZ
11 İyul 2012 / 10:33
Allah Ramazan ayinda oruc tutanlarin orucun qebul etsin,gunahlari silinsin Amin Insallah
[cavab]
YalniZ
11 İyul 2012 / 23:06
........
[cavab]
murad2003
11 İyul 2012 / 23:08
Aferin Yalniz. Sen menim burada en yaxin dostum idin ve indi cox yaxsi biri oldugunu gordum.
red. murad2003 (11.07 /23:09)
[cavab]
YalniZ
12 İyul 2012 / 09:53
murad2003,Cox sagol qaqam sende yaxin dostumsan.
[cavab]
YalniZ
14 İyul 2012 / 09:50
Bu Ayin 20 si Ramazan ayadi hamiya sebr,ve dozum qismet olsun.INSALLAH
[cavab]
Rako
14 İyul 2012 / 12:54
YalniZ,Allah sizi xeyrler mukafatlandirsin.
Ramazan ayi heleki deyirler 20sidi. Amma 17si fetva verilmelidi. Onda deqiqleshecek inshaallah.
Qeyd: duada inshaallah ishletmek olmaz.
[cavab]
Wolk
14 İyul 2012 / 13:11
duz deyir siz RAMAZAN en mominlerin en sevimli gunlerinden biridi
[cavab]
Bölmeye qayıt