Aglamadim

pol Memo 6 Fev 2013 / 20:53
Ağlamadım..
Hər dəfə doluxsundum
ağlamaq istədim. Hər dəfə
bağışladım sevilmək istədim.
Ürəyimin döyüntüsünü
dinlədim məni sevdiyini
eşitmək üçün. Qoxunu iylədim
güllərin ətrini almaq üçün.
Telini oxşadım səni uyutmaq
üçün.
Hər dəfə də doluxsundum
ağlamaq istədim.
Ağlamadım..
Bəlkə səni itirməkdən
qorxdum. Səni itirməmək üçün
ağlamadım. Axı göz yaşımın
hər damlasında sən vardın.
Gözlərim məndən xəbərsiz
ağladı göz yaşlarım içimə axdı
və alov kimi yandırıb-yaxdı.
Ürəyim yandı qışqırmaq
istədim. Susdum. Dodağım-
dodağımdan qopmamaq ucun.
Hər dəfədə doluxsundum
ağlamaq istədim.
Ağlamadım..
Güldüm. Təbəssümümü sənə
bağlamaq üçün. Röyalarımda
səni görmək istədim. Hər gecə
yuxuma gəlməyin üçün. Sevgi
bağımızda çiçək olmaq
istədim sənin əllərinlə
dərilmək üçün. Ocaq olmaq
istədim səni nəfəsimlə
isitmək ucun. Ağzında dilin
olmaq istədim sözünün
şirinliyini dadmaq üçün.
Dodağın olmaq istədim
öpüşlərin olmaq üçün. Sənin
olmaq istədim dəli kimi
sevdiyim üçün.Xəyal olmağını
istədim heç kəsin səni
görməməyi üçün. Kar olmanı
istədim fəryadımı eşitməmək
ucun. Lal olmanı istədim
başqasını sevdiyini
deməməyin üçün.
Hər dəfə də doluxsundum
ağlamaq istədim.
Ağlamadım..
Artıq heçnə istəmirəm
olmayacağını bildiyim üçün.
Hönkürüb ağlamaq istədim
ürəyimi boşaltmaq üçün.
Ağlamadım..
Həmişəlik urəyimdə olduğunu
bildiyim üçün !!

[cavab]

pol EMIN98 6 Fev 2013 / 21:03
Qeşengdi

[cavab]

pol ejla 6 Fev 2013 / 22:12
Men her gun aqliyiram goz yawlarim olub cixib getsin qelbimden, heyatimdan deye.
memo super yazmisiz.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1878 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az