"Hec Vaxt" adli dunyam ...
Memo
6 Fev 2013 / 20:48
Sən heç vaxt mənə gül
hədiyyə etmədin və mən
güllərin ətri olmadan
yaşamağı öyrəndim....
Sən heç vaxt “Səni sevirəm”
demədin və mən sözlərsiz
yaşamağı öyrəndim....
Sən heç vaxt məni qaranlıq
küçələrdə evə ötürmədin və
mən axşamları tək gəzməyi
öyrəndim...
Sən heç vaxt mühüm tarixləri
yadda saxlamadın və mən də
günləri unutmağı öyrəndim...
Sən heç vaxt çətin anlarımda
mənə dəstək olmadın və mən
güclü və qətiyyətli olmağı
öyrəndim...
Sən heç vaxt bayramları
mənimlə keçirtmədin və mən
bayramları adi gün kimi
keçirtməyi öyrəndim...
Sən heç vaxt “səndən ötrü
darıxıram” demədin və mən
zamanın keçməsinə
öyrəşdim...
Sən heç vaxt mənə xoş söz
demədin və mən qəşəng
olduğumu unutdum...
Sən heç vaxt gələcəkdən
danışmadın və mən
keçmişimlə yaşamağı
öyrəndim...
Sən heç vaxt dərdimə şərik
çıxmadın və mən tənhalıqda
ağlamağı öyrəndim...
Sən heç vaxt mənim xoş
günlərimdə yanımda olmadın
və mən sevincimi də kədərim
kimi tez unutmağı öyrəndim...
Mənsə hər zaman qızılgülün
qoxusunu bilmək istədim...
Mənə “səni sevirəm” deməyini
istədim...
Səninlə əl-ələ qaranlıq
küçələrdə gəzmək istədim...
Birlikdə tanışlıq günlərimizi
qeyd etmək istədim...
Çətin anımda sənin möhkəm
çiyinlərini hiss etmək
istədim....
Bayramları birlikdə qeyd
etmək, hədiyyə almaq
istədim..
“Sənsiz darıxıram” yazılmış
smslər almaq istədim...
“Çox şirinsən, gözəlsən”
deməyini istədim....
Bəzən gələcəyi səninlə xəyal
etmək istədim...
Qucağında ağlamaq istədim....
Sevincimi kədərimi sənlə
paylaşmaq istədim… HƏR
ZAMAN
Lakin əfsus olsun ki, sənin
“HEÇ VAXT” adlı dünyanda sən
bunları heç vaxt
bilməyəcəksən
[cavab]
SweeT_(Love)
6 Fev 2013 / 20:53
Vav tek sozle mukemmel
[cavab]
EMIN98
6 Fev 2013 / 21:02
Mükemmel. Gözel sözlerdi.
[cavab]
huseyn25
6 Fev 2013 / 21:03
heqiqetende bir sozle harika,
[cavab]
OnLy_NiCk
6 Fev 2013 / 21:09
S U P E R
[cavab]
Memo
7 Fev 2013 / 00:36
Werhler ucun tewekkurler
[cavab]
fidan29
8 Fev 2013 / 05:08
supeer.,
[cavab]
MaqnuM
8 Fev 2013 / 08:44
Tek kelimeyle mukemmel. Tesekkur edirem bu cur ela movzu ucun
[cavab]
Bölmeye qayıt