Soylemedin ki ....

pol Memo 6 Fev 2013 / 20:38
“Sən mənimsən” deyil də,
“Mən sənə aidəm” desəydin,
başqa yerlərdə olsan da
varlığını hiss edə bilərdim
bəlkə...
Söyləmədin ki...
“Sənin üçün hər çətinliklərlə
savaşaram” deyil də, “Səndən
gələn heç bir şey çətin deyil”
desəydin,
inanardım ürəyinin sadəcə
mənə aid olduğuna...
Söyləmədin ki...
“Sən olmadan yaşaya
bilmərəm” deyil də, “Sənsizlik
deyə bir şey yox, sən var
olmasan da mənimləsən”
desəydin,
inanardım sevginin
sonsuzluğuna...
Söyləmədin ki...
“Sən mənim yuxumsan” deyil
də, “Gerçəkləşən röyamsan”
desəydin,
uzaqda da olsam, yaşadardım
bu gerçəyi səndə...
Söyləmədin ki...
“Sən mənim ruh ekizimsən”
deyil də, “Sən əslində
Mənsən” desəydin,
yoxluğunda da davam
etdirərdim sən olmağı...
Söyləmədin ki...
“Səni sevirəm” deyil də, “Səni
həmişə sevəcəyəm” desəydin,
yalan da olsa sevgin,
inanardım mənə bir gün
dönəcəyinə...
Söyləmədin ki...
“Sənsiz çox darıxıram” deyil
də, “Sənsiz darıxmaq belə
gözəldir” desəydin,
ayrı da olsaq, inanardım məni
ürəyində hər dəm
yaşatdığına...
Söyləmədin ki...
“Sən mənim üçün çox
dəyərlisən” deyil də, “Dəyərli
olan hər şey səndə gizlidir”
desəydin,
özümü indi belə ucuz hiss
etməzdim...
Söyləmədin ki...
“Bir gün bitəcək” deməsəydin
də, “Əslində səni heç
sevməmişəm!” desəydin,
Ən azı dəliqanlı birini
yaşadardım ürəyimdə...
Amma etmədin ki...

[cavab]

pol Boss555 6 Fev 2013 / 20:39
ela..

[cavab]

pol GaMe_oVeR 6 Fev 2013 / 20:39
cox gozel ellerinize saliq

[cavab]

pol Memo 6 Fev 2013 / 20:41
1 deqiqeye nece oxudunuz ?:)

[cavab]

pol huseyn25 6 Fev 2013 / 20:50
superrrr

[cavab]

pol Memo 7 Fev 2013 / 00:40
Werhler ucun Tewekkurler

[cavab]

pol ejla 7 Fev 2013 / 00:49
Mene aid olan bir soz dese dunyalari vererem
memo, meni kovreltdine. super yazirsan

[cavab]

pol Memo 9 Fev 2013 / 12:48
ejla, teşekkür şerh ücün .

[cavab]

pol hum@y 9 Fev 2013 / 14:04
Memo, tek kelmeyle super

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.228 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az