"O"-nunla bagli ...

pol Memo 6 Fev 2013 / 20:34
Unutmaq lazımdır artıq bizə
əzab verən xatirələri...Amma
hər “unutdum artıq” dedikdə
Bakının küləkləri xatirələri
üzümüzə vurar. Baxdığın
filmlər, dinlədiyin musiqilər,
gəzdiyin küçələr hər şey O”nu
xatırladır sənə. Sən yenə
üzülürsən, yenə ağlamaq
istəyirsən , amma boğazın
düyünlənir, qəhər içində
boğulursan. O xoşbəxtdi
deyir, gülür, heçnə olmamış
kimi davam edir həyatına.
Yaşanmış sevginizi isə çoxdan
unudub.
Tərk edən gedər... Geridə
qalan isə bir ömr qəlbi qırıq
qalar.
Sən çırpınarsan, unutmaq,
qəlbinə hökm etmək
istəyərsən, unutduğunu
sanarsan və o zaman... Küçədə
gördüyün birini O”na
bənzədərsən yolda sürətlə,
böyük bir həyacanla
addımlarsan, sanki qəlbin
yerindən çıxacaqmış kimi...
Amma çox təəssüf ki, bu
sadəcə bir bənzətmə olar.
Ya da bir gün bütün cəsarətini
toplarsan, bəzi etirafları
etməyə hazır olarsan,
həyəcanını boğub O”na zəng
edərsən... Və “ Bu nömrəyə
zəng çatmır...” bütün hisslərin
məhv olar.
O profilinə yeni şəkillər
yükləyər, sən o şəkillərlə
danışmağa başlarsan, göz
yaşlarınla birgə,amma O yenə
səni eşitməyəcək...
"O"nunla gəzdiyin küçələr
sönüb sanki. Xarabalığa
bənzəyir.
Nə O”ununla birgəykən olar,
nə də onsuz olmaz. Artıq
hisslər tükənir, qəlbindəki
sevgində küsüb sənə.O”nu
görəndə sürətlə döyünən
qəlbin belə artıq heç nədən
məmnun deyil..
O”ndan sonra həyatında
olanlarda axtararsan "O"nu..
Amma nə O”nun kimi gülər, nə
"O"nun kimi danışar..Sən yenə
"O"nun üçün darıxmağa
başlarsan.
Bəzən çox darıxarsan və
saatlarca rəsimlərinə baxıb
ağlarsan, ya da sönülü olan
nömrəsinə “Bəlkə cavab
verər..” ümidi ilə zəng
edərsən...
Sən ağlarkən yenə O yanında
olmaz, sadəcə 4 divar, sən,
qaranlıq otaq və "O”nu sənə
xatırladan “sizin mahnınız”...
Qovuşmaq mümkün olmur,
“Ammalar, Kaşkilər,
Valideynlər” mane olur...
Xeyli zaman keçər yaşanan o
nostalji hisslərdən... Geriyə
sadəcə illərdir toz bağlamış
xatirələr və bir neçə rəsimlər
qalar...
Bu zaman ərzində sən bir şeyi
anlarsan. Bundan sonra heç
kim O olmayacaq və sən heç
vaxt bu sevgini
unutmayacaqsan..

[cavab]

pol Boss555 6 Fev 2013 / 20:37

[cavab]

pol GaMe_oVeR 6 Fev 2013 / 20:38
Memo, yaxwi yazmisiz..

[cavab]

pol EMIN98 6 Fev 2013 / 21:04
Qeşengdi qemlidi, kövreldir

[cavab]

pol Memo 7 Fev 2013 / 00:40
Tewekkur

[cavab]

pol fidan29 7 Fev 2013 / 01:53
tesirlidi..eline saglig memo
red. fidan29 (07.02 /01:56)

[cavab]

pol BEATIFUL 7 Fev 2013 / 02:02
Memo....He cox tesirlidi.Yazdigin mene bu cumleni xatirlatdi..........((((((.
AYLAR SONRA SEVGILINIZDEN GELEN "NECESEN'' SOZUNE UMUDLANMAYIN.!CUNKU HER QATILE MARAQLIDI VURDUGUNUN OLUB OLMEMEYI.
Bu sozun o qeder menasi varki ele yazdiginada uygundu mence.
red. BEATIFUL (07.02 /02:05)

[cavab]

pol Ceyla 7 Fev 2013 / 14:56
cox tesirli idi, heqiqeten de beledir... ilk sevgi hec zaman unudulmur, onun da meni unutduguna qeti inanmiram!

[cavab]

pol Memo 9 Fev 2013 / 12:47
teşekkurler

[cavab]

pol hum@y 9 Fev 2013 / 14:07
Memo, ela

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1326 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az