Bәlke sabah ...

pol Memo 6 Fev 2013 / 20:29
Hər şey normal gedirdi, heç
bir problem və ya heç bir
maneə yox idi. O, oğlanı
sevirdi, həm də çox sevirdi,
amma deməyə etiraf etməyə
çəkinirdi, niyə özü də bilmirdi,
sadəcə sevirdi qarşılıqlı olub-
olmaması vacib deyildi, amma
qarşılıqlı idi, ya da oğlan ele
deyirdi...
“Səni sevirəm və həmişə
sevəcəm”, ”Heç vaxt
unutmayacam”, ”Sənsiz qala
bilmirəm”, ”Biz
ayrılmayacağıq” bu sözlər qızı
yaşadırdı, həyata qarşı ölən
ümidlərini dirildirdi, yenidən
qaytarırdı sanki...
Amma sabahın necə olacağını
sənə nə göstərəcəyini
bilmirsən. Canından belə çox
sevdiyi oğlan qəzada bütün
hafizəsini itirdi, hər şeyi
unutdu, hətta onu belə...
Unudulduğuna baxmayaraq qız
onu yenə də sevirdi, əvvəlki
kimi... Amma heç nə edə
bilmirdi, olmurdu. Heç nə
dəyişmirdi, heç nə... ”Sevdiyin
şəxs üçün hər şeyi etməlisən”
belə bir qayda yoxdu, çünki
bəzən onun üçün ölmək
istəsən belə olmur.
Qız ümidini itirməmişdi, çünki
hafizəsi silinmiş ola bilər,
amma insan qəlbi ilə sevir,
onun yaddaşını isə silmək
olmur. Bəlkə yenidən sevər...
Amma olmadı heç nə əvvəlki
kimi olmadı, düzəlmədi. Hər
şey artıq bitmişdi, daimi
olaraq... Əgər həqiqətən
sevirdisə hər şey əvvəki kimi
ola bilərdi, yenidən sevə
bilərdi, amma olmadı. Deməli
hər şey yalan idi?! Yaşananlar
anlıq bir şey idi?!
Oğlan onu unutdu, həm
yaddaşından, həm də
qəlbindən sildi, amma qız
bacarmırdı, onu bu qədər
sevərkən unuda bilmirdi, axı
hər şey, hər söz onu
xatırladırdı. Bəlkə də sevginin
ən çətin tərəfi unutmaqdı-əsil
sevən üçün...
Bəlkə də qız üçün ən yaxşısı
hər şeyi zamanın öz axarına
buraxmaqdı. Zaman hər kəsi
unutdura bilərdi, qarşısına
yeni sevgilər çıxa bilərdi,
bəlkə...
Zaman sevgiyə düşməndi, həm
də ən böyük düşmən!!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2533 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az