Dini hekaye 1 ( Geniuss )

pol Geniuss 5 Fev 2013 / 16:00
Peyğəmbər (s.a.v) əshabi ilə
Məkkədə illərlə əzab-əziyyət içində
yaşadıqdan sonra Allahın əmri ilə
hicrət etmək vaxtı gəlmişdi. Peyğəmbərimiz (s.a.v) dedi: Mənə bu yolda kim yoldaşlıq edər?
Canından kim keçər? Əbu Bəkr (r.a)
Anam,atam,malım,canım -hamısı
sənin yolunda fəda olsun,Ey
Rəsulullah! Bu şərəfli xidmətə məni
qəbul et dedi. Peyğəmbərimiz (s.a.v) İslam dinini
ilk qəbul edənlərdən və eyni
zamanda ən yaxın dostu olan
Həzrəti Əbu Bəkrin (r.a) bu istəyini
qəbul etdi. Gecə yarısı yola düzəldilər.Həzrəti
Əbu Bəkr (r.a) Peyğəmbər Əfəndimiz
(s.ə.s) qorumaq üçün gah
arxasına,gah önünə,gah sağına,gah
da soluna keçir,düşmənlər onun
izini tapmasın deyə,mübarək ayaq izlərinin üzərinə basırdı. Bu əsnada Peyğəmbərimiz (s.a.v)
buyurdu: Ya Əbu Bəkr,niyə əziyyət çəkirsən? Əbu Bəkr,mən sizin bir tükünüzə
zərər dəyməsin ,deyə belə edirəm
dedi. Bu sözdən sonra Peyğəmbərimiz
(s.a.v) belə buyurdu: Kədərlənmə,Allah bizimlədir. Sevr dağındakı mağaranın yanına
gəldilər.Həzrəti Əbu Bəkr (r.a) dedi: Ya Rəsulullah,bir az səbr edin.İcazə
verin mağaraya birinci mən
girim.İlanlar,əgrəblər sizə zərər
verməsin. Sonra Peyğəmbər (s.a.v) mağaraya
daxil oldu.Səhərə qədər mağarada
qaldılar. Rəsulullah (s.a.v) başını dostu Əbu
Bəkr (r.a) dizinin üstünə qoyub
yatdı.Peyğəmbərimiz (s.a.v)
yatdıqdan sonra Əbu Bəkri (r.a.)
əqrəb sancır və Əbu
Bəkr ,Peyğəmbərimiz (s.a.v) oyanmasın deyə ayağını tərpədmir. Səhər açılanda Peyğəmbərimiz
(s.a.v)Həzrəti Əbu Bəkrin mübarək
üzündə bir dəyişiklik görüb səbəbini
soruşdu.Həzrəti Əbu Bəkr (r.a.)
cavab verdi: Ey Allahın rəsulu məni əqrəb
sancıb.Sənə əziyyət olmasın deyə
səni yuxudan oyatmadım və səhər
kimi gözlədim. Peyğəmbərimiz ( s.a.v) bu zaman
belə dua edir: Allahım qiyamət günü Əbu Bəkrə
mənim yanımda olmağı nəsib eylə. Sonra Peyğəmbərimiz (s.a.v) Əbu
Bəkrin yarasına mübarək ağzının
suyundan sürtdü.O anda Əbu Bəkr
(r.a) şəfa tapdı Uca Allah bizləri bu düny və axirət
dostu ilə bir yerdə olmağı nəsib etsin.

red. Geniuss (05.02 /16:01)

[cavab]

pol Bykrasavcik 5 Fev 2013 / 16:17
AMIN TEWEKURLLER

[cavab]

pol PRINCE 5 Fev 2013 / 16:28
amin.

[cavab]

pol Geniuss 5 Fev 2013 / 18:16
twk

[cavab]

pol MaqnuM 8 Fev 2013 / 09:04
Amin... Bu cur mukemmel hekayeye gore Allah razi olsun senden

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1737 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az