Huseyne canim feda
lokcity777
5 Fev 2013 / 02:02
İmam Hüseyn (ə) Kufə qoşunu qarşısında son xütbəsindən sonra Əhli-Beyti (ə) ilə həmişəlik vidalaşmaq üçün yenidən çadırlara qayıtdı. Onlara dözümlü, səbrli olmağı bildirib, Allah savabını vəd etdi. Hüseyn (ə) onlara matəm paltarları geyinib əzadarlığa hazırlaşmalarını tapşıraraq buyurdu: "Bəlalara hazırlaşın. Bilin ki, sizi qoruyan Allahdır. O, tezliklə sizi düşmən şərindən qurtaracaq, aqibətinizi xeyirlə sona çatdıracaqdır, düşmənlərinizi isə müxtəlif bəla və müsibətlərə düçar edəcəkdir.
Çəkdiyiniz bu müsibətlərin əvəzində sizə bol nemət və fəzilət verəcəkdir. Məbada narazılıq edib dözümsüzlük göstərəsiniz. Yoxsa qədr-qiymətinizi azaldarsınız. Sonra İmam (ə) sözünə davam edərək dedi: "Mənə elə paltar gətirin ki, heç kimin ona tamahı düşməsin. Onu altdan geyim ki, kimsə çıxarıb məni üryan qoymasın." İmam (ə) üçün qısa bir paltar gətirdilər. İmam (ə) paltarı gördükdə buyurdu: "yox, bu zillət əhlinin geyimidir." Sonra köhnə paltar götürüb geyindi.
Döyüş meydanına getmək istəyərkən, qadınlardan ayrılıb kənarda oturdu, ağlayan qızına nəzər saldı. İmam (ə) ona son dərəcə nəvazişlə dedi: "Əzizim, bu mənim son görüşümdü. Bir də Qiyamət günü Kövsər hovuzunun başında görüşəcəyik. Bəsdir ağladın, əsir düşməyə hazırlaş. Səbr və dözümü özünə şüar et. Məni tikə-tikə olmuş, isti qumlar üstündə damarlarımdan qan axan halda gördükdə səbrli ol!""
[cavab]
lokcity777
5 Fev 2013 / 02:10
İmam Cəfər ibni Məhəmməd (ə.s):
"Hz. Hüseynin (ə.s) qəbiri ətrafında dörd min mələk (bir başqa rəvayətə görə isə yetmiş min mələk) toza bulanmış və qəmli bir halda qiyamətə qədər Hz. Hüseynə (ə.s) ağlayacaqlar."
"Bir gün Peyğəmbər (s.ə.s), Hüseyn(ə.s)i qucağına oturdaraq belə buyurdu: "Hüseynin şəhadəti üzərə möminlərin ürəyində bir eşq vardır, o eşq əsla soyumaz."
Sonra buyurdu ki: "Atam, hər gözyaşının sonu olana (Hüseynə) fəda olsun."
Ey Rəsulullahın nəvəsi, hər gözyaşın sonu nədir? Dediklərində; "Onu anan hər mömin, mütləq ağlar" buyurdu.
[cavab]
murat78
5 Fev 2013 / 02:32
lokcity777, ele deyirsenki ele bil huseyini seven yoxdu onu herkes sevir
[cavab]
Boss555
5 Fev 2013 / 02:36
lokcity777, nəinki HUSEYNƏ elecede bütün peyğemberlerimize canim feda
[cavab]
ejla
5 Fev 2013 / 02:36
lokcity, maraqlidi
[cavab]
ozdunyamiz
5 Fev 2013 / 02:50
PLAYBOY ve lokcity777, Ban.
Tehqir, tehqiramiz ifade ve ya kiminse qururuna toxunacaq ifadeler qadagandir. adi redd ol ve ya get burdan sozude qadagandir.
[cavab]
Yagmur
5 Fev 2013 / 14:43
CANIM HUSEYN,SENE YERLER GOYLER AQLAR.AGLAR BU UREK AQLAR
[cavab]
Bölmeye qayıt
0.1591 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az