..::"Bir təbəssüm nəyi dəyişə bilər ki" deyirsiniz?::..

pol TuralAraz 9 İyul 2012 / 04:57
Kiçik bir qız fikirli bir adama
gülümsədi. bu gülüşə görə, adamın
fikri dağıldı.
Sonra dostu yadına düşdü. Kiçik
bir iş üçün ona təşəkkür
etmədiyini xatırladı. Tez bir
məktub yazıb yolladı.
Dostu bu məktubdan o qədər
sevindi ki, nahar etdiyi
yeməkxanada xidmətçiyə böyük
bir bəxşiş verdi.
Xidmətçi ilk dəfə idi ki, belə bəxşiş
alırdı. Axşam evə gedəndə
bəxşişin bir hissəsini küçənin
tinində oturan dilənçiyə verdi.
Dilənçi iki gün idi ki, ac idi. Tez
gedib qarnını doyurdu. Sonra da
bir binanın zirzəmisindəki “evinə”
yollandı.
Yolda soyuqdan titrəyən bir
balaca it gördü. Iti götürüb evinə
apardı. Balaca it soyuqdan xilas
olduğu üçün gecə yarısına qədər
isti otaqda atılıb-düşməyə başladı.
Gecə yarısı binanı tüstü bürüdü.
Yanğın var idi. Tüstünü hiss edən
it hürməyə başladı. Əvvəlcə dilənçi
oyandı. Sonra, bütün bina ayağa
qalxdı.
Beləcə, böyük bir bəladan xilas
oldular. Bunların hamısı isti,
səmimi bir təbəssümün nəticəsi
idi. Təbəssüm özü bir gözəllikdir.

[cavab]

pol Ceyla 18 Mart 2013 / 13:04
Ela idi tesekkur

[cavab]

pol @ahu@ 18 Mart 2013 / 16:52
Tewekkul

[cavab]

pol Ayan01 18 Mart 2013 / 18:27
Eladi superdir

[cavab]

pol Juliet 18 Mart 2013 / 18:35
aa cox maraqlidi bawqa formasin bilirdim bu hekayenin

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.221 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az