..::Hekayə::..
TuralAraz
9 İyul 2012 / 04:50
Ata səhər işə getməyə hazırlaşırdı.
Maşını
qarajdan çıxardarkən qızını yolla
gederken
gördü. Əynində gözəl bir don,
əlində isə bir
məktub var idi.
- Hara gedirsən?
- Mən...mən....ata, mən poçta
gedirəm.
- Niyə?
- Bu məktubu göndərməliyəm -
Ver mənə mən göndərərəm sənin
üçün
Bir an balaca qız çəkindi amma
axır ki,
məktubu atasına uzatdı. Atası
qoydu
maşının
qabaq oturacağına, qızına əl elədi
və yola
düşdü.
İşdə oturarkən məktub Atanın
gözünə
dəydi.
Üstündəki ünvanı oxudu:
Allah Cənnət
Səma
[cavab]
TuralAraz
9 İyul 2012 / 04:50
Məktubu açdı və oxudu:
- Əziz Allah, bu mənim sənə birinci
məktubumdu. Anam həmişə
deyirdi ki,
sən uşaqları sevirsən və onların
dualarını
tez
eşidirsən. Mənim anam 7ci ad
günümdən 3
gün sonra vəfat etdi. Ona kimi
həmişə
xoşbəxt idim, amma indi çooox
qəmliyəm.
Atam həmişə mənimlə oynayardı,
mənə
kitab
oxuyardı, amma indi heç mənimlə
danışmır.
Səhər tezdən işə gedir, axşam isə
mən yatandan sonra qayıdır.
Xalam deyir ki,
artıq
içməyə də başlayıb.
Xahiş edirəm Allah, mənim anamı
qaytar.
Onsuz bu evdə yaşamaq
istəmirəm. Hər gün
məktəbə gedəndə sinif
yoldaşlarımın
analarını
görürəm və məni ağlamaq tutur.
Nə
olar Allah,
anamı qaytar. Əgər o artıq
mələkdirsə və onu
qaytara bilmirsənsə onda məni də
götür apar.
Anamı necə apardın məni də elə
apar.
Mən
yaxşı qızam. Anamdan soruş
deyəcək. Həmişə
dərslərimi edirəm və otağımı
yığışdırıram. Söz
verirəm ki, sənə heç bir
narahatçılıq
törətməyəcəm. Səni gözləyəcəm!
Səni
sevən, Uşaq..
[cavab]
TuralAraz
9 İyul 2012 / 04:51
Atası məktubu bir yox üç dəfə
oxudu.
Bir az
sonra, vəfat etmiş həyat yoldaşı
ilə ilk
dəfə
tanış olduğu yerə getdi. Orda
böyük bir ağac
var idi. Ağaca baxa-baxa bir neçə
saat
qızının
yazdığı barədə fikirləşdi. Həm
özünə
həm də
həyat yoldaşına söz verdi ki,
dəyişəcək. Altı Ay
sonra: Uşaq artıq yerində
yatmışdı. Atası
onu
yuxudan oyatmaq istəyəndə
çarpayının
yanında bir məktub gördü. Ünvanı
belə idi:
Allah
Cənnət
Səma
Məktubu açdı və oxudu:
- Əziz Allah, bu sənə ikinci
məktubumdu.
Bilirəm ki birinci məktubumu
almısan.
Sənə
təşəkkürümü bildirmək istəyirəm.
Düzdü
anamı mənə qaytarmadım, məni
götürüb
aparmadın, amma atamı dəyişdin.
Bilirsən
Allah, mən indi onun otağında
yatıram.
Gecələr mənə nağıllar oxuyur,
mənimlə
danışır, gülür, və hər səhər
üzgüçülüyə gedirik. Axşamlar isə,
maşınla şəhəri
gəzirik.
Daha içki içmir. Bilmirəm sənə necə
təşəkkür
edim, Allahim, çox sağ ol! Səni
Sevən,
Uşaq..
[cavab]
MaqnuM
9 İyul 2012 / 16:45
TuralAraz, gozel hekayedi......
[cavab]
YeK*FeRmeR
10 Fev 2013 / 02:10
9 iyullll
[cavab]
Mirze_95
10 Fev 2013 / 16:29
ibretamiz hekayedi belkede bu hekayeni oxuyub bir heyat dersi alarlar. Cunki insan diger islerinde irelilesede bilmelidirki onuncun el catmaz onun vezifesi deyil ancaq onun ailesidir calisinki sevdiklerinize daha cox zaman ayirasiz bunun bir sebebi onlarin bize ehtiyaci oldugu kimi bizimde onara ehtiyacimiz var.
[cavab]
Bölmeye qayıt
0.1449 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az