/*\{Diniмiz Islам}/*\
Zaur
31 Yan 2013 / 13:54
Bismillehir Rahmenir Rahim.
Allah mövzumuza bərəkət versin
və bu mövzunu islam üçün xeyirli
etsin. Allah elimimizi artirsin və
dəvətimizə bərərət versin.
AMIN
[cavab]
Zaur
31 Yan 2013 / 13:58
Vəhb ibn Munəbbih (raiməhullah)
buyurur:
- MöMiN ÖyRəNmƏk üÇüN
BaŞqAlArInA QaRıŞaR,
- sƏhV EtMəMəK ÜçÜn sÜkUt eDəR,
- bAşA DüŞmƏsI ÜçÜn dAnIşAr,
- RaHaT Və hÜzUr iÇiNdƏ OlMaQ
ÜçÜn tƏk qAlAr.
( Əbu Nuaym əl-Əsfəhəni, Hiylətul
Əuliyə, 4/68 )
[cavab]
Zaur
31 Yan 2013 / 14:27
Peyğəmbərimizin (sallAllahu aleyhi
və səlləm) hüzuruna bir nəfər
gələrək belə dedi:
— Ya Rəsulullah,ölüm döşəyində
yatan bir gənc var,ona “Lə ilahə
illəllah deməsi təqid ediləndə
bunu təkrar edə bilmir.
Peyğəmbərimizdə (sallAllahu
aleyhi və səlləm) :
— Namaz qılardımı?-deyə
soruşdu.Adam:
— Bəli,qılardı.-deyə cəvab verdi.
Sonra Peyğəmbərimiz (sallAllahu
aleyhi və səlləm) qalxdı,həmin
gəncin yanına getdi və ona:
— “Lə iləhə illəllah de!”-buyurdu.
— Deyə bilmirəm.
— Nə üçün deyə bilmirsən?
-deyə soruşanda, gələn adam:
— Anasına qarşı üsyankar idi.
-dedi. Peyğəmbərimiz (sallAllahu
aleyhi və səlləm) isə:
— Anası sağmı?-deyə
soruşdur.Ordakılar:
— Bəli,sağdır.-dedilər.
Peyğəmbərimiz:
— Çağırın gəlsin”-buyurdu. Onlar
da qadını çağırdılar.
Qadın gəldi və Peyğəmbərimiz
(sallAllahu aleyhi və səlləm) belə
soruşdu:
— Bu xəstə sənin oğlundurmu?
— Bəli, oğlumdur.
— Bax, burada böyük bir od-ocaq
qalansa və “Oğluna haqqını halal
edərsənsə, onu bu odda
yandırmayacayıq. Əgər halal
etməzsən həmin odda onu
yandırarıq”desələr nə edərdin?
— Ona haqqımı halal edərdim.
— O halda (sənə üsyan edən bu
oğlunu cəhənnəm odundan
qorumaq üçün haqqını halal
edib)ondan razı olduğunu Allahı
və məni şahid göstər.
— Allahım, Səni və Peyğəmbərini
şahid tuturam. Oğlumdan razı
oldum.(haqqımı ona halal etdim)
Peyğəmbərimiz (sallAllahu aleyhi
və səlləm) xəstə gəncə:
— “Lə iləhə illəllah de!”.
- buyurdu. Xəstə dərhal şəhadət
gətirdi. Sonra Peyğəmbərimiz
(sallAllahu aleyhi və səlləm):
— Allah həmd olsun ki, O, mənim
vasitəm ilə bu gənci cəhənnəm
odundan qurtardı!-dedi
[cavab]
FERMER_97
31 Yan 2013 / 15:12
beli,duz deyibler ki,CENNET Analarin ayaği altindadir...
[cavab]
Zaur
31 Yan 2013 / 16:12
4 şərtlə istədiyin günahı işlət
Bir nəfər sələfi imamlardan birinin
yanına gəlib deyir:
- Şeyx, mən çoxlu günah işlədirəm,
tövbə edirəm, amma yenidən o
günahlara qayıdıram və bu hal
dəfələrlə təkrar olunur. Mən bir
nəsihət edin ki, bir daha o
günahlara qayıtmayım.
Şeyx buyurur:
- Sənə 4 şərt deyəcəm, onları
yerinə yetirə bilsən, o zaman
istədiyin günahı işlədə bilərsən:
I – Etdiyin günahı Allahın sənə
verdiyi nemətlər - əzalar ilə deyil,
başqa bir şeylə edəcəksən.
Harama Onun sənə verdiyi gözlər
ilə baxmayacaq, Onun sənə verdiyi
dili ilə haram danışmayacaq, Onun
sənə verdiyi qulaqlar ilə haram
dinləməyəcək, harama Onun sənə
verdiyi ayaqlar ilə getməyəcək,
Onun sənə nemət olaraq verdiyi əl
və digər əzalar ilə haram
işləməyəcəksən!
II – Həmin günahı Allahın
mülkündə deyil, başqa bir yerdə
edəcəksən.
III – Günahı yalnız Allahın səni
görmədiyi bir yerdə edəcəksən.
IV – Etdiyin günahlara görə ölüm
anında tövbə edəcəksən və bu
tövbə sənə fayda verəcək.
Əgər bunları edə bilsən o zaman
istədiyin günahı işlədə bilərsən...
__________
əz-Zubeyr
[cavab]
Zaur
31 Yan 2013 / 18:01
Hamınız Allahın ipindən möhkəm
yapışın və parçalanmayın! Allahın
sizə olan nemətini xatırlayın ki, siz
(bir-birinizə) düşmən idiniz, O,
sizin qəlblərinizi birləşdirdi və
Onun neməti sayəsində (bir-
birinizlə) qardaş oldunuz. Siz odlu
bir uçurumun lap kənarında
idiniz. O, sizi ondan xilas etdi. Allah
Öz ayələrini sizə beləcə bəyan edir
ki, bəlkə doğru yola gələsiniz.(Əli
İmran 103)
[cavab]
Zaur
31 Yan 2013 / 19:24
Məşhur ateist Allahın varlığını
qəbul etdi
Dünyanın tanınmış ateistlərindən
olan məşhur fizikaçı Stiven Hokinq
Allaha inandığını açıqlayıb. Kanal
“D”-nin London nümayəndəsinə
müsahibə verən 70 yaşlı
fizikaçının açıqlaması öz
köməkçilərini də təəccübləndirb.
Belə ki, Hokinq Allahın varlığı
barədə verilən suala, “Kainatın
meydana gəlməsi elmin
həqiqətlərinə söykənir. Amma bu
heç də elm qaydalarını qoyan və
onları yaradan Tanrı olmadığı
mənasını verməz” – deyə cavab
verib. Xatırladaq ki, Stiven Hokinq
daha əvvəl, “Kainatın meydana
gəlmək üçün bir yaradıcıya
ehtiyacı yoxdur” – deyərək Allaha
inanmadığını bəyan etmişdi.
[cavab]
Zaur
1 Fev 2013 / 19:24
♥ Ər-Rəhmanın ♥ qulları o
kəslərdir ki, onlar yer üzündə
təvazökarlıqla gəzər, cahillər
onlara (xoşagəlməz) bir söz
dedikdə: ♥ “ Salam!” ♥ - deyərlər.
(Furqan surəsi 63- cü ayə).
[cavab]
Bölmeye qayıt