baxin gorek....
Boss555
25 Yan 2013 / 12:38
Saf bir məhəbbətdir mənim diləyim
Yar məni sevməsə vurmaz ürəyim
Sənsə naz edirsən sevmirsən məni
Məni sevməyinçün söylə neyləyim...?
Hər şeyim sənindi söylədim sənə
Səndən istədiyim saf sevgi oldu
Arzumu, diləyimi vermədin mənə
Məni sevməyinçün söylə neyləyim...?
Mən səni özümə sirdaş bilmişəm
Hər nə edirsən et qəbul etmişəm
Məni sevmədiyini çox gec bilmişəm
Məni sevməyinçün söylə neyləyim...?
Deyirəm qoy hamı eşitsin bunu
Sevməsən qırılar sevginin qolu
Yaman əzablıdır sevginin yolu
Məni sevməsiyçün deyin neyləyim...?
Vaxt vardı, sevirdim səni, bax indi
O saf məhəbbətə hayıfım gəlir!
Mən səni ucaltdım fövqümə eşqlə,
Çəkdiyim zəhmətə hayıfım gəlir!
Vaxt vardı, ağlıma hakimdi hisslər,
Gözümdə Günəşə, Aya dönübsən!
Sanırdım bir mələk donuna girib
Təkcə mənim üçün göydən enibsən!
Tapdadın o ülvi hisslərimi sən,
Çirkin əməllərin, bəd rəftarınla!
Kobud, saya salmaz dar mənliyinlə
Gözümə təpdiyin qohumlarınla!
İndi hisslərimə hakimdi ağlım,
Gözümə, könlümə düşmən kimisən.
Məni, mənliyimi didib tökməyə
Paslı qılınc olub öndə bitmisən!
Könlümün başında nifrət odu var,
Sənə nifrətimə hayıfım gəlir!
Əlimi biryolluq üzümmü səndən?
Kişi qeyrətimə hayıfım gəlir!
[cavab]
hum@y
25 Yan 2013 / 12:51
en cok beyendiyim 6misra idi.ama butovlukde ela.muellifi kim?
[cavab]
Boss555
25 Yan 2013 / 12:52
hum@y, muellif?
[cavab]
hum@y
25 Yan 2013 / 13:02
Boss555, sorry yazici?
[cavab]
Esger_Balan
25 Yan 2013 / 13:10
Yazici : Punhan Production
[cavab]
hum@y
25 Yan 2013 / 13:39
Boss555, sorry yazici demeyim sehf oldu.weiri ozunuz yazib yazmadiginizi soruwmaq istedim.unidekiler gorse utanc
[cavab]
Boss555
25 Yan 2013 / 14:00
hum@y,
[cavab]
Boss555
25 Yan 2013 / 14:00
hum@y, zehmet olmasa inboxa baxin
[cavab]
hum@y
25 Yan 2013 / 14:13
Boss555, slm.bagiwlayin ama inboxda smsleri cvblandirmiram.yani demek isteyirem kimindi weir?
[cavab]
Esger_Balan
25 Yan 2013 / 14:19
Punhan Production adda 1 i yazib!
[cavab]
Bölmeye qayıt
0.2129 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az