necedi...

pol Boss555 22 Yan 2013 / 02:18
Dalıram xəyala fikirlərimlə
Xəyallarımda hey anıram mən.
Xatirəm qalıbdır, məhəbbət köçüb.
O gözəl günləri qısqanıram mən.

Qəlbimdə salmışdın bir sevgi bağı
Sən bir ağac idin, mənsə budağı
Bu imiş sevginin sönməz ocağı?
Məhv olub, bu yolda aldanıram mən.

Yalandan deyirdin bizimdir zəfər.
Əlinlə içirdin sevginə zəhər.
Verdiyim sevgidən görmədim bəhər.
Sevgim yalan idi, bil, danıram mən.

Məhəbbət var idi qəlbimdə sənə.
Gizlidə saxlasam olacaq yenə
Ölüm şərbətini içirtdin mənə
Başqa bir dünyaya yollanıram mən.

Bu acı, qəlbimi doğrayır əzir.
Allahım, sevənə yetir sən səbir.
O sevgim- ölüdür, ürəyim � qəbir.
Dəfn etdim sevgimi, ah, yanıram mən

[cavab]

pol Vuqar_929 22 Yan 2013 / 02:39
eladii

[cavab]

pol Dj_kamo 22 Yan 2013 / 03:32
Boss555, qaqaw halal olsun yeri vardi

[cavab]

pol MESUTT 22 Yan 2013 / 04:28
Super

[cavab]

pol Wirxan 22 Yan 2013 / 15:43
qewengdi

[cavab]

pol murk 23 Yan 2013 / 03:29
superdi.

[cavab]

pol neniw 23 Yan 2013 / 04:23
cox gozel yazmisiniz cox beyendim

[cavab]

pol hum@y 23 Yan 2013 / 20:31
gözlerim doldu)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1911 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az