de unuda bileremmi seni?

pol Boss555 22 Yan 2013 / 01:24
hebs olmusan ureyime ebedi.
De, unuda bilərəmmi mən səni?
Sənsizlikdə bir an üzüm gülmədi.
De, unuda bilərəmmi mən səni?

Tapıb səni alaram qanadıma
Alıb səni çataram muradıma.
Bu sevgidə sən yetişdin dadıma
De, unuda bilərəmmi mən səni?

Parçalayıb çıxarsalar qəlbimi,
Alıb məndən aparsalar ömrümü,
Kimsə məndən ala bilməz sevgimi
De, unuda bilərəmmi mən səni?

Sevinərəm, mən sənə sirdaş olsam,
Üzülərəm, gözlərində yaş olsam.
Bu sevgidə əbədilik daş olsam.
De, unuda bilərəmmi mən səni?

Bu ömrümü sənə verdim hədiyyə
Al canımı, vida deyim gəncliyə.
Bu sual dolaşır başımda, niyə?
De, unuda bilərəmmi mən səni?

[cavab]

pol Adil_947 22 Yan 2013 / 01:27
super

[cavab]

pol Adil_947 22 Yan 2013 / 01:28
twkr qaqa

[cavab]

pol Boss555 22 Yan 2013 / 01:30
deymez dostlar

[cavab]

pol ________ 22 Yan 2013 / 01:30
Super.....

[cavab]

pol Musi[ 22 Yan 2013 / 01:48
bonba idi

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.122 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az