20YANVAR HABIL

pol Habil 21 Yan 2013 / 19:13
BU HADISE VE BAWQALARI XOCALI FACIYES QARA DAGLI VE S. AZERBAYCANIN QANLI SEHVELERINDEN BIRIDI

[cavab]

pol Habil 21 Yan 2013 / 19:25
Salam burada olmadigimdan indi yaziram ama hec ne olmaz bu hadiseni hami bilmelidi Hemin hadiselerden 23 il
kechmeyine baxmayaraq,
bu azerbaycan xalqimizin
qan yaddashina ebedi
hekk olunub.
20 Yanvar - 1990-da SSRİ
Prezidenti Mixail
Gorbaçovun göstərişi ilə
Sovet Ordusu hissələri
həm quru, həm dəniz
yolu ilə Bakı şəhərinə
həmlə edərək 100-dən
artıq silahsız insanı qətlə
yetirdi.
20 Yanvar - 1990
Azərbaycan xalqının
tarixinə Qanlı Yanvar
faciəsi kimi daxil olmuş
1990-cı il 20 Yanvar
hadisələrindən on sekkiz
il keçir. Keçmiş sovet
dövlətinin hərb maşınının
həmin gün Azərbaycan
xalqına qarşı həyata
keçirdiyi vəhşi terror aktı
insanlığa qarşı törədilmiş
ən ağır cinayətlərdən biri
kimi bəşər tarixində qara
səhifə olaraq qalacaqdır.
Milli azadlığı, ölkəsinin
ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış dinc
əhaliyə divan tutulması,
kütləvi terror nəticəsində
yüzlərlə günahsız insanın
qətlə yetirilməsi və
yaralanması totalitar
sovet rejiminin süqutu
ərəfəsində onun
cinayətkar mahiyyətini
bütün dünyaya bir daha
nümayiş etdirdi.

[cavab]

pol Habil 21 Yan 2013 / 19:27
20 yanvar faciədən
sonrakı şəkil
Sovet Ordusunun böyük
kontingentinin, xüsusi
təyinatlı bölmələrin və
daxili qoşunların Bakıya
yeridilməsi xüsusi
qəddarlıq və görünməmiş
vəhşiliklə müşayiət edildi.
Kommunist diktaturası
Çexoslovakiyaya,
Macarıstana, Əfqanıstana
qarşı həyata keçirdiyi
hərbi müdaxiləni hətta o
zamankı Sovet İttifaqının
müttəfiq
respublikalarından biri
olan Azərbaycanda da
təkrarlamaqdan
çəkinmədi. Həmin vaxt
Azərbaycan qonşu
Ermənistanın da
təcavüzünə məruz
qalmışdı. Belə bir şəraitdə
sovet rəhbərliyi nəinki
münaqişənin qarşısını
almaq üçün qəti tədbirlər
görməmiş, əksinə,
Azərbaycana yeridilən
ordu hissələrinin
tərkibinə Stavropol,
Krasnodar və Rostovdan
səfərbərliyə alınan erməni
əsgər və zabitləri, sovet
hərbi hissələrində xidmət
edən ermənilər, hətta
erməni kursantlar da
daxil edilmişdi.
Bakıya yeridilmiş qoşun
kontingentinə, - bəzi
məlumata görə, onun sayı
60 min nəfərə çatırdı, -
“doyüş tapşırığını” yerinə
yetirmək üçün möhkəm
psixoloji hazırlıq
keçmişdilər (“Şit” təşkilatı
müstəqil hərbi
ekspertlərinin
hesabatından): sizi Bakıya
rusları müdafiə etmək
üçün gətirmişlər, yerli
əhali onları vəhşiçəsinə
məhv edir; ekstremistlər
Salyan kazarmalarının
(Bakıda əsas hərbi
qarnizonun yerləşdiyi
ərazi) ətrafındakı evlərin
damlarında snayperlər
yerləşdirmişlər, təkcə bu
ərazidə 110 atəş nöqtəsi
var; binalar, mənzillər
Azərbaycan Xalq
Cəbhəsinin yaraqlıları ilə
doludur, onlar sizi güclü
avtomat-pulemyot atəşinə
tutacaqlar.
Mixail Qorbaçov başda
olmaqla sovet
imperiyasının rəhbərliyi
Bakıda “rus və erməni
kartından” məharətlə
istifadə etdi. Guya Bakıya
qoşun onları, hərbi
qulluqçuların ailələrini
qorumaq, “millətçi
ekstremistlər” tərəfindən
hakimiyyətin zorakılıqla
ələ keçirilməsinin
qarşısını almaq üçün
yeridilmişdi. Əslində isə
bu açıq riyakarlıq, ağ
yalan idi. Çünki sovet
rəhbərliyinin “dəlilləri”
hətta həqiqətə yaxın
olsaydı belə, Bakıya
təpədən-dırnağadək
silahlandırılmış qoşun
göndərməyə ehtiyac yox
idi. Ona görə ki, həmin
vaxt burada daxili
qoşunların 11,5 min
əsgəri, Müdafiə
Nazirliyinə tabe olan Bakı
qarnizonunun çoxsaylı
hərbi hissələri, hava
hücumundan müdafiə
qüvvələri var idi. 4-cü
ordunun komandanlığı
da Bakıda yerləşirdi.

[cavab]

pol Habil 21 Yan 2013 / 19:33
20 yanvar, gözlərdən
axan yaş
Bütün bunlara
baxmayaraq, 1990-cı il
yanvarın 19-da Mixail
Qorbaçov SSRİ
Konstitusiyasının 119-cu,
Azərbaycan SSR
Konstitusiyasının 71-ci
maddələrini kobud
şəkildə pozaraq, yanvarın
20-dən Bakıda fövqəladə
vəziyyət elan edilməsi
haqqında fərman
imzaladı. Lakin SSRİ DTK-
nın “Alfa” qrupu yanvarın
19-da saat 19.27-də
Azərbaycan televiziyasının
enerji blokunu partlatdı,
respublikada televiziya
verilişləri dayandırıldı.
Gecə isə qoşun fövqəladə
vəziyyət elan
edilməsindən xəbərsiz
olan şəhərə daxil oldu və
əhaliyə divan tutmağa
başladı. Qorbaçovun
fərmanı qüvvəyə
minənədək – yanvarın
20-də saat 00-dək artıq 9
nəfər öldürülmüşdü.
Bakıda fövqəladə
vəziyyətin elan olunması
haqqında məlumat isə
əhaliyə yalnız yanvarın
20-də səhər saat 7-də
respublika radiosu ilə
çatdırıldı. Həmin vaxt
öldürülənlərin sayı 100
nəfərə çatmışdı. Halbuki,
Qorbaçovun Azərbaycana
ezam etdiyi yüksək
vəzifəli emissarlar
həyasızcasına bəyan
edirdilər ki, Bakıda
fövqəladə vəziyyət elan
olunmayacaqdır. Bax, əli
yüzlərlə insanın qanına
batmış, sonralar Nobel
sülh mükafatı (?!) almış
Mixail Qorbaçov başda
olmaqla sovet imperiyası
rəhbərliyinin rəzil siması
bu idi...
Tanklar və BTR-lər Bakı
küçələrində qarşılarına
çıxan hər şeyi əzir,
hərbçilər hər yanı
amansız atəşə tuturdular.
Biz wehidlerimizin qanini yerde. qoymamaliyiq

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2042 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az