FELSEFE2.EMIN98
EMIN98
20 Yan 2013 / 20:57
Lakin Eya sirləri danışmışdı daxmaya,
«Ey daxma, daxma, daxma. Eh divar, divar, divar.
Eşit, a daxma. Divar, yadda saxla nə ki, var.
Şuruppak şəhərində, Ubar– Tutunun oğlu.
Sökərək mülklərini, onlardan gəmi düzəlt
Bu var– dövləti tərk et, həyat barədə düşün.
Zənginliyə nifrət et, ruhunu xilas elə.
Sən bütün canlıları yığıb gəminə yüklə.
Qoy dördkünc olsun sənin düzəldəcəyin gəmi.
Eni də uzununa qoy tən olsun, düz gəlsin.
Taxtapuş vurdur ona, örtük çəkdir üstündən».
Ümumiyyətlə, allahlar arasında dünya bölüşdürülmüşdü. Anu hava və səmaya baxırdı. Enlilə yer tabe idi. Eya suya hakim idi. Onlar kahinlər tərəfindən yaradılmış allahlar üçlüyünün siyahısına daxil edilmişdilər. İkinci üçlüyə Günəş allahı Şamaş, ay allahı Sina və ilahə İştar daxil idi. Babillərdə Aya daha hörmətlə yanaşırdılar. Ayı Günəş allahının atası hesab edirdilər. Xarranda və Urda Ay al¬lahı şərəfinə tikilmiş məbədlər var idi. Hətta Navuxodonossorun xələflərindən biri olan Nabonid Sini özünün şəxsi baş allahı elan etmişdi.
Şumerlərin Utu adlandırdıqları günəş allahı Babil zamanı Şamaş adlanırdı. Həmin allah «yeri işılandıran, səma məhkəməsinin hakimi, yuxarıdan və aşağıdan qaranlığı şəfəqləndirən» hesab olunurdu. Hər səhər o, yoluna başlayaraq dağlardan yüksəyə qalxırdı, ona tabe olan ilahələr göylərə gedən yolların darvazalarını açırdılar. Axşamlar isə o, dənizə enirdi. Gecələr Şamaş öz arabasında yeraltı dünyaya hərəkət edirdi ki, ölülər işıq və yemək alsınlar. Öz yolunda o ədalətsizlikləri və adamların bədxah işlərini görür və məhkəmə qururdu. Ona görə də onu ali hakim adlandırırdılar. Xammurapiyə görə o, adamlara həqiqət və ədalət verirdi. Mesopotomiyanın qədim sakinlərinin dini həyatında allahlar mühüm rol oynayırdılar. Adamların məbəddə etiqad etdikləri allahlar panteonunun böyük allahları bütövlükdə dövlətin müdafiəçiləri hesab olunurdular. Qeyd etmək lazımdır ki, bizə məlum olan bütün ədəbiyyat bizim eradan əvvəl 2000– ci ildən sonra yazılmışdır. Həmin dövrdə sülhpərvər xalq olan Şumerlər özlərindən mədəni cəhətdən geri qalan xalqlar tərəfindən əsarət altına alınmışlar. Hammurapi çoxsaylı şəhər dövlətləri işğal edərək böyük bir dövlət yarada bilmişdir. «Böyük inzibatçı» böyük imperiya yaradaraq öz dilini (bu dil semit dili qrupuna daxil idi) rəsmi dilə çevirdi. Bu isə Şumer sivilizasiyasına öldürücü zərbə vurmuşdur. Şumer mifologiyası mənimsənilmiş, Şumer allahları adlarını dəyişsələr də öz fəaliyyətlərini davam etdirmişlər.
Qeyd etmək lazımdır ki, İştar müxtəlif funksiyaları yerinə yetirən ilahə olmuşdur. Bir tərəfdən, məhəbbət və məhsuldarlıq ilahəsi kimi İştar ölkəyə maddi rifah və inkişaf vermiş, digər tərəfdən isə o, müharibə və döyüş ilahəsi kimi vuruşmada qalib padşahın önündə getmişdir. Gözəl və ağlı başdan çıxaran qadın kimi o, kişilərə çox vaxt bədbəxtlik gətirirdi. Şumer mifologiyasında İştar çox ehtiyatla İnanna ilə eyniləşdirilə bilər. O, gənc qəhrəman Tammuzun (Dumuzun) sevgili arvadı kimi təsvir olunurdu. Lakin gec– tez sevgilisinə xəyanət edərək onu yeraltı dünyaya göndərmişdir. İlahəyə Mesopotomiyanın, demək olar ki, bütün şəhərlərində xüsusi məbədlər yaradılmışdı. Onun baş məbədi ən qədim zamanlardan Urukda olmuşdur. Babilistanda İştar ilahəsinin böyük məbədi mövcud olmuşdur.
Allah Adad tufanı, yağışı, fırtınanı, dolunu, ildırımı idarə edirdi. O, təbiət hadisələri allahı olub, yerə məhsuldarlıq verməklə yanaşı, daşqın, xüsusilə digər dağıdıcı qüvvələrin allahı kimi də məşhur olmuşdur. Şumer dövründə o qədər də parlamayan Adadın fəaliyyəti Babil dövründə geniş vüsət tapmışdır. Adadın əhəmiyyəti Mesopotomiyaya Semit tayfalarının axını ilə daha gücləndirilmişdir. Həmin tayfalar Adadı «Bəndin səma idarəedicisi» adlandırırdılar
[cavab]
Bölmeye qayıt
0.2031 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az